Cəmiyyət

Zəlzələ Şamaxıda neçə ev və obyektə ziyan vurub?

9 Fevral 2019 23:34
0 Şərh     Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxıda baş verən zəlzələ səbəbindən 41 evyaşayış üçün yararsız hesab edilib. Ümümilikdə bu günə kimi Şamaxı rayon icra hakimiyyətinə 1484 müraciət daxil olub. Bu gündən etibarən təhlükəli hesab edilən evlərin söküntüsünə başlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Şamaxıda baş verən zəlzələdən sonrafəsadların aradan qaldırılması üçün tədbirlərə başlanılıb.Yaşayışa yararsız evlər sökülür,təmirə ehtiyacı olanlar isə təmir edilir.

Fövqəladə hallar nazirliyinin əməkdaşları ilə birgə, icra nümayəndələrindən ibarət komissiya müraciətlər əsasında işlərə başlayıb.

Yaşayış üçün yararsız olan evlərin sakinlər isə müvəqqəti olaraq dövlət tərəfindən ayrılan evlərdə məskunlaşdırılıb.Burda onlar yaşayış üçün bütünimkanlarla təmin olub.

Qeyd edək ki,fevralın 5 də Şamaxıda baş verən zəlzələ 6 bal gücündə olmuşdu.Hazırda isə ərazi seymsik zona kimi aktiv olsa da ,xiddi təkanların baş verməsi ehtimalı zəifdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.