Cəmiyyət

Tələbə Nərdanə Tağızadə leptospirozdan ölməyib

9 Fevral 2019 22:09
3 Şərh     Baxış: 4 650

Yanvarın 29-da dünyasını dəyişən 18 yaşlı Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasına yoluxması təsdiqini tapmayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, gənc qızın leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb. "Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb",-P.Abubəkirov qeyd edib.

Xatırladaq ki, qızın anasına istinadən Nərdanənin leptospiroz virusuna yoluxma ehtimalı yazılıb. Leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır və insandan insana keçmir.

P.Abubəkirov qeyd edib ki, aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb. Belə ki, qızın dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığı olub.

Xatırladaq ki, Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Qwerty · 9 Fevral 22:1870

    Allah rəhmət eləsin.yazıq qız cavan uaşında canından oldu

    Cavab yaz
  • Anonim
    QQ- · 9 Fevral 23:0850

    Çox böyük dərddir.Yazıram onsuz da Milli .Az şərhimi verməyəcək.Görəsən bunu nə qədər gizlədəcəklər ? Daha bir neçə adam dünyasını dəyişəndə dəmu deyəcəklər agciyər çatışmamazlıgı?

    Cavab yaz
    • Anonim
      Ququ · 10 Fevral 05:4300

      Hecne gizletmirler duzdu sen ne gozunnen gormusen hami 6 aydan bir yoxlanmalidi

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.