Cəmiyyət

Sumqayıtda binanın girişindən kişi meyiti tapıldı

9 Fevral 2019 20:48
0 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda binan girişindən meyit tapılıb.

Hadisə şəhərin 5-ci mikrorayonunda qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsinə 5-ci mikrorayondakı binalardan birinin girişində meyit aşkarlanması barədə məlumat daxil olub. Polis hadisə yerinə baxış keçirib.

Araşdırma zamanı həmin şəxsin 1974-cü il təvəllüdlü Bayramov Şahin Xanhüseyn oğlu olduğu müəyyən edilib. Onun narkotik maddənin təsirindən dünyasını dəyişdiyi ehtimal edilir.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdlrma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.