Cəmiyyət

Qusarda sərnişin mikroavtobusu "Mercedes"lə toqquşub

9 Fevral 2019 20:44
0 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 9-da Qusar rayonunda "Hyundai" markalı sərnişin avtobusu ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191-ci kilometrliyində baş verib.

Qəza nəticəsində Qusar-Xudat marşrutu üzrə hərəkət edən mikroavtobusun qadın sərnişini Şükufə Abdullayeva və "Mercedes"in sürücüsü Fuad Fərzəliyev xəsarət alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bədəninin müxtəlif nahiyələrində sınıqlar olan Fuad Fərzəliyevə müvafiq tibbi yardım göstərilib. Avtobusun sərnişini Ş.Abdullayeva isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

AzərTAc bildirir ki, faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.