Cəmiyyət

Nazirlik əməkhaqqı ilə bağlı sahibkarlara xəbərdarlıq etdi

9 Fevral 2019 16:05
3 Şərh     Baxış: 2 151

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyisahibkarlara xəbərdarlıq edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Milli.Az-a bildirilib ki, özəl sektorda da minimum əmək haqqı 180 manatdan az müəyyən oluna bilməz.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamına əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda əsas iş yeri və tam iş günü üzrə işləyənlərin də əmək haqqının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz. Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əmək haqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Nazirlik qeyd olunan elektron sistemi vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əmək haqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək" - məlumatda qeyd olunub.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    miris · 9 Fevral 17:5710

    Can ay kasib indi yasa 180 manatnan 1 ayi gorek nece yasayirsan

    Cavab yaz
  • Anonim
    .. · 10 Fevral 00:4400

    bilen varsa desin.Bunun pensiyaya aidiyyati varmi?

    Cavab yaz
  • Anonim
    . · 10 Fevral 11:4800

    ???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.