Cəmiyyət

"Fazil Məmmədov Bakıda işinin başındadır, yalan xəbərlərə inanmayın" - Ailə üzvlərindən ÖLÜM XƏBƏRİNƏ REAKSİYA

9 Fevral 2019 15:37
1 Şərh     Baxış: 8 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun dünyasını dəyişməsi barədə yayılan xəbərlər yalan çıxıb.

Milli.Az xəbər verir ki, Fazil Məmmədovun yaxınları demokrat.az-a bildiriblər ki, ölüm xəbəri yalandır.

"Hazırda Fazil Məmmədov Bakıda iş başındadır. Səhhəti də normal vəziyyətdədir. Bu cür yalan xəbərlərə inanmayın", - keçmiş nazirin ailə üzvləri bildiriblər.

Qeyd edək ki, bir sıra saytlarda Fazil Məmmədovun Gəncədəki klinikaların birində qara ciyər serrozundan rəhmətə getməsi barədə xəbər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.