Cəmiyyət

Azərbaycanda anomal hava şəraiti kənd təsərrüfatına ziyan vura bilər

7 Fevral 2019 22:58
0 Şərh     Baxış: 1 727

Ölkədə müşahidə olunan anomal hava kənd təsərrüfatına ziyan vura bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyev deyib ki, havanın mülayim keçməsi əsasən də bitkiçiliyə və meyvəçiliyə öz mənfi təsirini göstərə bilər.

Pərviz Hacıyev bildirib ki, belə hava şəraiti sahələrdə və meyvə bağlarında zərərvericilərin və xəstəliklərin yayılmasına şərait yaradır.

Onun sözlərinə görə, fermerlər zərəvericilərin çoxalmasının qarşısını almaq üçün dərman prepartlarından istifadə etmələdirlər.

Hidrometeoroloqlar isə belə hava şəraititinin fevralının 10-a kimi davam edəcəyini bildirir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.