Cəmiyyət

Açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyindən FOTOREPORTAJ

15 Fevral 2019 23:39
0 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ərazisində daha 3 görkəmli azərbaycanlının büstü ucaldılıb. Bununla da burada ucaldılmış tanınmış ziyalı, şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin büstlərinin sayı 59-a çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qoyulan büstlər tanınmış bəstəkar Ramiz Mirişliyə, heykəltəraş Ömər Eldarova və sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş azərbaycanlı general-leytenant Hüseyn Rəsulbəyova məxsusdur.

Xaçmaz sakinlərinin və şəhərə gələn qonaqların ən sevimli məkanlarından olan Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. 2013-cü ildə Şəxsiyyətlər Muzeyində aparılmış əsaslı tikinti-quruculuq işlərindən sonra sahəsi genişləndirilərək 2 hektara çatdırılıb. Ərazidə yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin ön tərəfinə Azərbaycanın tanınmış dahi şəxsiyyətlərinin - - Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nəsrəddin Tusi, Xurşudbanu Natəvan, Məhsəti Gəncəvi və Hüseyn Cavidin heykəlləri qoyulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.