Cəmiyyət

Azərbaycandan Gürcüstana gedənlərin sayı azalıb

7 Fevral 2019 16:24
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ay Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 92 341 nəfər təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə report-a Gürcüstanın Milli Turizm Administrasiyasından məlumat verilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3 218 nəfər və ya 3,4% azalıb.

Azalmanın qeydə alınmasına baxmayaraq, Azərbaycan vətəndaşları yanvar ayında Gürcüstana səfər edən əcnəbilər arasında birinci yeri tutub.

İkinci yerdə 85 922 nəfərlə Rusiya, üçüncü yerdə isə 77 968 nəfərlə Ermənistan qərarlaşıb.

Yanvar ayında Gürcüstana, ümumilikdə,528 678 əcnəbi ziyarətçi səfər edib. Onların 305 939nəfərini turistlər təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 17 061 və yaxud 5,9% çoxdur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.