Cəmiyyət

Azərbaycanlıların Tbilisidə kütləvi etiraz aksiyasına icazə verilib

6 Fevral 2019 23:03
0 Şərh     Baxış: 1 541

Gürcüstan azərbaycanlıları fevralın 8-də Tbilisidə, parlamentin binası qarşısında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büst qoyulmasına qarşı kütləvi etiraz aksiyası keçirəcəklər.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə aksiya təşkilatçılarından olan Sevinc Hümbətova məlumat yayıb.

Tbilisi meriyası ilə razılaşdırılmış dinc aksiya saat 14:00-a təyin olunub. Aksiya iştirakçıları separatçıya büstün qoyulmasına qəti etirazlarını ifadə etməklə yanaşı, abidənin götürülməsini də tələb edəcəklər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.