Cəmiyyət

Uşaqlara ad seçərkən nələrə diqqət etməli?

10 Fevral 2019 23:05
14 Şərh     Baxış: 1 742

Gülnarə Əliyeva: "Ən acınacaqlı vəziyyət serialların baş qəhrəmanlarının adlarının uşaqlara verilməsidir" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaqlara ad qoymaq məsələsi çox vaxt ailələrdə mübahisəli mövzu olur. Bu həm də, ümumi olaraq cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Kimisi yaşlı nənə-babanın adını uşaqlarında yaşatmaq istəyir, kimisi baxdığı serial qəhrəmanının adını verir, kimisi də hansısa məşhurun və s. Amma seçilən adın uşaq psixologiyasına təsiri məsələsi də var. Bəs bu təsir nə dərəcədədir? Bunları nəzərə alaraq ad seçimini necə aparmalıyıq?

Bu mövzuda həmsöhbətimiz psixoloq Gülnarə Əliyeva oldu. Psixoloq deyir ki, adların uşaq psixologiyasına təsiri böyükdür, ona görə, bu məqamda diqqətli olmaq lazımdır: "Ümumiyyətlə, ad dediyimiz sözdən ibarətdir. Sözün isə insan psixologiyasına təsiri böyükdür. O sözü, yəni adımızı isə gündə 50 dəfə eşidirik. Heç də bu məsələyə ötəri yanaşmaq olmaz".

G.Əliyevanın sözlərinə görə, valideynlər öz ata-analarının adını yaşatmaq üçün övladlarına köhnə adları verməkdən çəkinməlidirlər: "Ad qoymaq ümumiyyətlə, valideynlərin borcudur. Valideynlər bəzən öz ata-analarının adını yaşatmaq üçün uşaqlarına bir qədər köhnə adları qoyurlar. Fikir versək görərik ki, çox vaxt da həmin adla çağırmırlar, qondarma adlardan istifadə edirlər. Bu adla çağırmayacaqlarsa, niyə qoyurlar? Yaxud çağırırlar, amma əgər sən öz nənə-babanı, ata-ananı sevirsənsə, bunu ürəyində yaşat. Nənə-babanın adı öz dövrləri üçün aktual olub, bu gün o, uşağa yaraşmaya bilər. Uşaq özünü dərk etdikcə, öz adından utanmağa başlayır".

Psixoloq Ceyran, Cüyür, Maral, Aslan və s. heyvan adlarının da uşaqlara verilməsinin doğru yanaşma olmadığını söylədi: "Bunu valideynlər ona görə qoyurlar ki, həmin heyvanlara xas olan "yüksək keyfiyyətlər" uşaqlarında da olsun. Amma hansı heyvanın şüuru, milli-mənəvi dəyərləri, şəxsiyyəti, xarakteri insandan nə dərəcədə üstün ola bilər ki, buna görə heyvan adını övladına qoyasan?"

G.Əliyeva deyir ki, uşaqlara əşya adları verilməsinin də tərəfdarı deyil: "Bir də türk adlarını son vaxtlar uşaqlara verirlər. Ad da deməzdim, cansız əşyaların adlarını. Yağmur, Su, Damla və s. Uşaq böyüdükdə, öz adının mənasını araşdırmağa başlayacaq. Öz adındakı dərinliyi, keçmişi, tarixi bağlantını, milli mənəvi dəyərlərin olmadığını anlayanda, məyus olacaq. Buna görə, cansız əşyaların uşaqlara ad kimi qoyulmasının tərəfdarı deyiləm".

Bir qisim adlar var ki, onlar uşaqların üstünə müəyyən məsuliyyət yükləyir. Psixoloq bildirdi ki, belə adlardan da istifadə etmək düz deyil: "Ən çox oğlan uşaqlarında belə adları görürük. Uğur, Qəhrəman, Hünər, Afərin və s. kimi adları qoyurlar, bununla övladlarının üzərinə adlarının məsuliyyətini yükləyirlər. Və uşaq böyüdükcə daim "adına layiq övlad olasan" fikrini eşidir. "Qəhrəman" adına sahib uşaqlar ən çox da ərgənlik dönəmində adına layiq olmaq üçün fantastik qəhrəmanlıqlar edə bilərlər. Yaxud "Uğur" adını daşıyan uşaqlar üzərilərində məsuliyyət hiss edərlər ki, adım Uğurdursa, deməli,   daim uğur qazanmalıyam, valideynlərimi məyus edə bilmərəm. Uşaq hər hansı uğursuzluqla qarşılaşanda ana-atanın normativlərini yerinə yetirmədiyi, adına layiq olmadığı üçün depressiyaya düşə bilər".

G.Əliyeva deyir ki, ən acınacaqlı vəziyyət serialların baş  qəhrəmanlarının adlarının uşaqlara verilməsidir: "Feriha, Yaman, Neslihan və s. Valideyn o qəhrəmanı sevə bilər, ancaq uşağı böyüyəndə həmin adın heç bir anlamı qalmayacaq. O serialdan bu gün təsirlənə, qəhrəmanı bəyənə bilərsən, amma üstündən 10 il keçəndən sonra uşaq üçün həmin ad o qədər də əhəmiyyətli olmayacaq, öz adından bəlkə də utanacaq. Ona görə, ad qoymamışdan əvvəl diqqətli olmağı tövsiyə edərdim".

Psixoloq sonda qeyd etdi ki, adın anlamının olmasına fikir verilsə, yaxşı olar: "Əslində, mən düşündüklərimi dedim. Ümumilikdə, hər kəs övladına istədiyi adı verə bilər və bunda sərbəstdir. Amma o adların tərəfdarıyam ki, qoyduğumuz insan adı olsun. Tarixi adlar ola bilər. Uşaq araşdırdığı zaman, adın mənası, məğzi, keçmişi, kökü olduğunu görsün. Yerdənçıxma bir ad olmasın".

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Dilber · 10 Fevral 23:2010

    Menim uwaqlarimin adini yoldawim bir birine yarawdirib qoyur))

    Cavab yaz
  • Anonim
    ŞAH · 10 Fevral 23:2410

    BİR VƏTƏNDAŞDAN ADINI SORUŞDUM ADIM --KÖHLƏN--DEYƏRƏK MƏNİ BAŞA SALDI DEDİM QARDAŞ BU KÖHLƏN AT DEMƏKDİR BU ADI SƏNƏ KİM QOYUB DEDİ Kİ BABAMIN KÖHLƏN ADINDA ATI OLUB ÖLÜB SONRA BABAM BU ADI MƏNƏ QOYDU.COX SƏHV.VƏ GÜRCÜSTANDA YAŞAYAN AZƏRBAYCANLILARIMIZDAN ADLAR QOYURLAR ŞOTA- QİYA- SERQO- OTAR VƏ SAİR GÜRCÜLƏR DOST XALQDIR AMMA GÖRƏK ONLAR MƏMMƏD- ƏHMƏD QOYARMI ADLARINI --QƏTİYYƏN BUNUN TƏBLİĞATI APARILMALIDIR.

    Cavab yaz
    • Anonim
      Şaha · 10 Fevral 23:4000

      :))))))))

      Cavab yaz
  • Anonim
    Tovuzlu E · 10 Fevral 23:3710

    Bezen oğlana qiz, qiza oğlan adı qoyanlar da olur, bu da düz deyil

    Cavab yaz
  • Anonim
    777 · 10 Fevral 23:4610

    Sah, Allah seni gûldûrsûn, bu KÖHLEN adinin tarixçesine gözûmden yas gelene qeder gûldûm. Etrafimizda Railer, Raullar böyûyûr, bax bu esil faciedir.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 10 Fevral 23:5531

    Bezen şəhər adlari da qoyurlar bizim kohne binamizda qonsumuzun oqlu var 2 qardas birinin adi Tehran o birinin Tebriz idi Hele o terefdeki arvadin da adı Quba idi bu biri binadaki qudasinin adi Şəki xala idi hemise onlar bir yere dusende zarafat edirdiler ..Menim xosuma gelmir bele adlar Qonsumuz qizina Bətül adi qoydu

    Cavab yaz
  • Anonim
    Milli · 11 Fevral 00:0610

    ALPARSLAN nece addi?

    Cavab yaz
    • Anonim
      asi · 11 Fevral 11:0310

      Qəşəng addı..

      Cavab yaz
  • Anonim
    ~~~ · 11 Fevral 01:0210

    Adlar bəzən ya görünüşünə ya əməlinə görə sahibini yansıdır.

    Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 11 Fevral 08:4321

    En xoshladigim adlar,qisa adlardir.!.Beyenmediyim hal ise,qedim,uzun-uzadi, nene-baba adlarinin,ushaqlari fikirleshmeden,onlara qoyulmasidir..

    Cavab yaz
  • Anonim
    . · 11 Fevral 10:2700

    Tanis var oz adida arvadinin adida arzudu

    Cavab yaz
  • Anonim
    eliw · 11 Fevral 11:1500

    tam yerine duwduye..oqlan adi duwunuruk nece muddetdi qerarlawa bilmirik:(belke mene komek edesiz?:)

    Cavab yaz
    • Anonim
      Coco · 11 Fevral 12:5820

      Murad

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 11 Fevral 15:0530

        Kenan ,Tunar

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.