Cəmiyyət

Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?

25 Yanvar 2019 20:24
0 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ən çox Gürcüstana elektrik enerjisi ixrac edir.

Milli.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərenerji" ASC-dən deyiblər.

Bildirilib ki, 2018-ci ildə enerji sisteminin ötürücü şəbəkə sisteminə idxal olan elektrik enerjisinin ümumi həcmi 99,2 mln. kVts təşkil edib.

İxrac olunan elektrik enerjisinin ümumi həcmi isə 1 413,2 mln. kVts təşkil edib. O cümlədən Rusiyaya 121,4, Gürcüstana 1 230,1, Türkiyəyə 13,4, İrana 48,3 mln. kVts elektrik enerjisi ixrac olunub.

Qeyd olunub ki, enerji sistemi üzrə idxal-ixracın saldosu 1 314 mln. kVts təşkil edib. 2019-cu ildə ixracın 1500 mln kvts ixrac edilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.