Cəmiyyət

Sonsuzluğa, xərçəngə səbəb olan GEMO məhsullar - VİDEO - FOTO

24 Yanvar 2019 13:57
1 Şərh     Baxış: 2 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bitkilərin, heyvanların genində bir və ya bir neçə elementin yerini dəyişməklə genetik modivikasiya edilmiş məhsullar yaradılır.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, məhsulun geninin dəyişdirilməsi ilə bol məhsuldarlıq əldə etmək mümkün olduğu üçün bəzi ölkələr yaranan ərzaq qıtlığından çıxış  yolunu məhz GEMO məhsullardan istifadədə görür.

Sakin: "Meyvələrin geninin dəyişdirildiyini bilmək olmaz, sadəcə üzərində xarici məhsul olduğu ilə bağlı müəyyən etiketlər olur".

Sakin: "Ət məhsulları, toyuq bunlar bizə rayondan gəlir".

Sakin: "Tərkibinə, tarixinə baxıram. Maraqlanıram ki, təzə məhsul olsun. Əti də tanımadığım yerdən almıram".

Məhsuldarlığın bol olması əksər sahibkarlara çox cəlbedici gəlir. Elə buna görə də, demək olar ki, GEMO məhsullar bütün dünya ölkələrinə ayaq açıb. Azərbaycana da gəlib çxan belə məhsulların zərərləri isə təxmin edildiyindən də çoxdur.

Aidə Bəndəliyeva - Ekspert: "Bu məhsullarla qidalanan insanlarda allergik xəstəliklər, sonsuzluq və müxtəlif mənşəyi bilinməyən patalogiyaların meydana çıxması, xərçəng xəstəliyinin geniş vüsət alması halları müşahidə olunmağa başlayıb. Körpələrin belə qidalarla qidalanması onların immun sisteminin körpə yaşlarından pozulmasına və digər fəsadların meydana çıxmasına səbəb olur".

Belə məhsulları təkcə insan sağlamlığına ziyan vurmur, hətta becərildikləri sahələri də yarasız hala salır. Mütəxəssislər geni modivikasiya olunmuş qidalardan qorunmaq üçün bir neçə məqama diqqət yetirməyi tövsiyə edirlər.

Aidə Bəndəliyeva - Ekspert: "Həmin məhsulların həm görünüşləri, həm də uzun müddət saxlanabilmə xüsusiyyətinə malik olması daha diqqət çəkir".

Əksər inkişaf etmiş ölkələrdə genetik modivikasiya olunmuş məhsullara qadağa qoyulub. Azərbaycanda isə GEMO məhsullar "Ekoloji təmiz kənd təsərrüfatı barədə qanun"a əsasən ekoloji təmiz olmayan qidalar kimi qəbul edilib.

AQTA-dən verilən məlumata görə, ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən qida məhsulları daim nəzarətdə saxlanılır. Agentlik bəyan edir ki, GEMO məhsulları ilə bağlı şübhə yarandığı zaman quruma müraciət edə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sonsuzluğa, xərçəngə səbəb olan GEMO məhsullar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.