Cəmiyyət

Dahi bakılı alimin ad günündə "Google" onun portretini yerləşdirib

23 Yanvar 2019 21:02
0 Şərh     Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 22-də dahi bakılı alim Lev Landaunun ad günündə "Google" onun portreti olan "doodle" yerləşdirib, BBC-nin saytında isə görkəmli fizik, Nobel mükafatı laureatı haqqında geniş məqalə dərc olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, BBC-nin Nobel mükafatı və xoşbəxtlik nəzəriyyəsi: Lev Landau haqqında yeddi fakt" sərlövhəli məqaləsində fizik həmkarlarının "Dau" adlandırdıqları alimin həyatının ən maraqlı məqamlarından - 14 yaşında Bakı Dövlət Universitetini bitirməsi, 18 yaşında ikiatomlu molekulların spektri barədə ilk elmi işi, 26 yaşında dissertasiya müdafiə etmədən fizika-riyaziyyat elmləri doktoru və bir ildən sonra professor olmasından bəhs edilir. Görkəmli alimin 1938-ci ildə Stalini "faşist" adlandıran mətnin redaktəsinə görə həbs olunması və yalnız Nils Bor və Pyotr Kapitsa kimi dünya şöhrətli alimlərin müraciətlərindən sonra azadlığa buraxılması da qeyd olunur. Məqalədə diqqətə çatdırılır ki, 1962-ci ildə kondensasiya olunmuş vasitələr, xüsusən maye helium üzrə yenilikçi nəzəriyyəsinə görə Nobel mükafatı alan Landau kvant mayeləri fizikasının da əsasını qoyub.

Məqalə müəllifi qeyd edir ki, Landau hər bir insanın xoşbəxt olmasının zəruriliyini, bunun üçünsə üç amilin - iş, sevgi və insanlarla ünsiyyətin vacib olduğunu deyirdi. Görkəmli alim yumor hissi ilə də seçilib. Bir sıra maraqlı aforizmlər - "Heçdən bir heç doğmalıdır", "Toyuq quş deyil, loqarifm isə sonsuzluq ola bilməz", "Biz alim deyilik, itə də nə isə öyrətmək mümkündür, biz, elm işçisiyik" kimi yarızarafat eyhamlar da ona məxsusdur.

Uşaqlıq illərində içki içməmək, siqaret çəkməmək və evlənməmək sözü verən Landau bu vədlərini birini pozaraq Konkordiya Drobantseva adlı qadınla evlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.