Cəmiyyət

"Atam hələ bir müddət ayağa qalxa bilməz" - Ramiz Əzizbəylinin qızı

22 Yanvar 2019 22:57
3 Şərh     Baxış: 1 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atam hazırda özünü yaxşı hiss edir. Həkimlərin sözlərinə görə sağalma prosesi gözlədiklərindən daha yaxşı gedir".

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu sözləri açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.

C.Əzizbəylinin sözlərinə görə, növbəti ayağa stendin nə zaman qoyulması ilə bağlı hələ ki, konkret qərar verilməyib: "Təxminən 15 gündən sonra həkimlər atamın digər ayağı ilə bağlı konkret qərar verəcəklər. Lakin hələ ki, digər ayağındakı vəziyyəti pis qiymətləndirmək olmaz. Çünki atamın əməliyyat olunmayan ayağında istilik var. Bu isə onu göstərir ki, həmin ayaqda qan dövran edir".

Xalq artistinin qızı atasını bir müddət yataqda olacağını bildirib: "Atam əməliyyatla əlaqədar olaraq bir müddət ayağa qalxa, dabanına basa bilməz. Həkimlər bu vəziyyətin 2 ayadək davam edə biləcəyini söyləyib".

"Lakin atam şəkər xəstəsidir. Onun xəstəliyinin şəkli hər an dəyişə bildiyi üçün həkimlər konkret nəsə deyə bilmirlər" - deyə aktyorun qızı əlavə edib.

Qızının sözlərinə görə, hazırda Xalq artistinin qan təzyiqi normaldır: "Artıq qızdırması da yoxdur. Şəkərini isə normada saxlamağa çalışırıq".

Qeyd edək ki, hazırda Ramiz Əzizbəyli beyin insultundan və bağırsaq problemindən əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.