Cəmiyyət

Ağdaşda avtomobil yaşlı qadını vurub

22 Yanvar 2019 21:31
0 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaşda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayon mərkəzində, "Ağsaray" şadlıq sarayının qarşısında baş verib.

Belə ki, "VAZ-21-06" markalı avtomobil 1937-ci il təvəllüdlü rayon sakini Soltanova Şərqiyə Nəsir qızını vuraraq, ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun durumunun qənaətbəxş olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ağdaşda baş verən yol qəzasında 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.