Cəmiyyət

Günün qoroskopu: Ailə problemi düşündüyünüzdən də ciddidir

21 Fevral 2019 00:01
36 Şərh     Baxış: 9 218

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Maraq dairənizdə olan işə nə qədər tez başlasanız, bir o qədər yaxşı nəticələrə nail ola bilərsiniz. Qətiyyətli və əzmkar olun. Yaxın ətrafınızdakı insanlar uğurlarınızı görəcəklər. Yeni müttəfiq və ya tərəfdaş qazana bilərsiniz. Qohumlarla çoxdankı anlaşılmazlıqlardan birinə son qoymaq, sevdiyiniz insanla münasibətlərdəki sərinliyi aradan qaldırmaq imkanları var.

Səhhətinizə fikir verin. Sağlamlıqda problemlər riski var. Uzun müddət sükan arxasında olmayın. Ağır fiziki işdən imtina edin.

Buğa - Yeni tanışlıqlar asanlıqla yaranır. Maraqlı insanlarla tanış ola bilərsiniz. Yaşamınızda önəmli rol oynaya biləcək yeni təmas formalaşa bilər. Sevdiyiniz, rəğbət bəslədiyiniz insanları xoş xəbərlərlə sevindirin.

Maliyyə durumu yaxşı deyil. Nəzərdə tutulmamış xərclər, itkilər ola bilər. Borc aldığınız insanlar pullarını istəyirlər. Köhnə borcları qaytarın. Yaşlı qohumlarla problemlər ola bilər. Onlar ideyalarınızı dəstəkləmir, sizi sərt tənqid edirlər.

Əkizlər - Pərişanlıq və təəssüf, itkilər istisna deyil. Etibar etdiyiniz, güvəndiyiniz insanlar etimadınızı doğrultmayacaqlar. Olayların əlverişsiz inkişaf məcrası sizi planları sürəkli dəyişməyə, səbirsizliklə gözlədiyiniz görüşləri təxirə salmağa vadar edəcək. Ailədə mübahisə, yaşlılarla münaqişə riski var.

İş və ya kommersiya fəaliyyəti ilə bağlı xoşagəlməz xəbərlər alacaqsınız. Maliyyə və əmlak məsələlərini həll etmək, alış-verişə yollanmaq, anlaşma və ya sövdələşməni nəzərdən keçirmək məsləhət deyil.

Xərçəng - Qeyri-standart qərarlar günüdür. Pozmaq istəmədiyiniz qayda yoxdur. Ehtiyatlı və məntiqli olun. Eksperimentlərə vaxt sərf edərək əsas məqsəddən yayınmayın.

Şəxsi münasibətlərdə harmoniya hökm sürür. Yaxınlarınızla dil tapın, onların təlaş və ya sevinclərini bölüşün. Yardıma ehtiyac duyan insana kömək edin. Maraqlı və sadə işlərlə məşğul olun. Yeni tanışlıqlar üçün əlverişli zamandır.

Şir - İşgüzar təmaslar, danışıqlar, müqavilə və anlaşmalar, təşkilati məsələlərin həlli üçün əlverişli zamandır. İşlər və yerinə yetiriləsi tapşırıqlar, həllini gözləyən məsələlər çox olsalar da, özünüzü itirməyin. Heç nəyi diqqətdən qaçırmayın, səhvlərə yol verməyin. Gəlirlər ola bilər.

Yaxınlarınızla həmişə dil tapmaq olmur. Bir qədər kritik davranın, başqalarının nöqsan və zəifliklərini ifrat dərəcədə qabartmayın. Yaxınlarınızdan kimsə sizi tənqid edəndə aqressiv və sərt davranmayın.

Qız - Qeyri-adi işlər və yeniliklər, qəfil məlumatlar zamanıdır. Uzaq səfər və ya səyahətə yollanmaq olar. Sonuc uğurludur. İşgüzar tərəfdaşla fikir ayrılıqlarına son qoymaq, işdə rəhbərliklə münasibətləri normallaşdırmaq şansları var.

Bilik, bacarıq və təcrübənin artırılması üçün əlverişli zamandır.

Günün ikinci yarısında xoş əhvalı qorumaq asan deyil. Buna rəğmən emosional olmayın, yad təsir altına tez düşməyin, neqativ təmayüllərin qurbanı olmayın. Diqqətli davranın. Mühüm xəbər almaq, planlarınızı reallaşdırmağa imkan verəcək informasiyaya yiyələnmək şansları var.

Tərəzi - Çətin və qarışıq emosional fonu olan gündür. Ağır problemlərlə qarşılaşaraq çətinliklərin fəsadlarının ağrısını çəkə bilərsiniz. Yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Sülhü, münasibətlərdəki rəvanlığı qorumaq üçün haqlı olsanız belə, güzəştə getməyi bacarın.

Yeni tanışlıqlarla bağlı gözləntiləriniz böyük olmasın. Söz yox, bu gün tanış olduğunuz insanlar pis şəxslər deyil. Lakin onlar yaxın gələcəkdəki olaylarda və yaşamınızda ciddi rol oynaya bilməyəcəklər.

Əqrəb - Çətin və qarışıq gündür. Əvvəlki vaxtlarla müqayisədə yaxın ətrafdakı insanların təsiri altına daha tez düşməyin. Az qala hər təmas emosional sınağa çevrilməsin. Həssas və sayıq olun. Heç bir səbəb olmadan insanların xətrinə dəyməyin.

Alış-veriş və ya bahalı əyləncə vasitəsilə əhvalınızı yaxşılaşdırmağa can atmayın. Sadəcə, pullarınızı boşuna xərcləyəcəksiniz. Yaxınlarınız sizə mənəvi dəstək olacaqlar. Bir şərtlə ki, sizi narahat edən məsələdən onları da hali edəsiniz.

Oxatan - Ev işləri çox vaxt alır. Ailə problemi düşündüyünüzdən də ciddidir və məsuliyyətli yanaşma tələb edir. Əfsuslar olsun ki, sizi bəzi problemlərin baiskarı hesab edirlər. Halbuki həmin problemlərin yaranmasında heç bir suçunuz yoxdur. İndi istənilən izahat effekt verməyəcək. Durumdan çıxış yolu tapmaq barədə düşünün.

Təhsil, informasiya, məlumat, təcrübə almaq üçün əlverişli zamandır. Yeni informasiyanı dərhal əxz edin, məntiqli nəticələrə gəlin. Qərarlarınız yanlış olmasın. Nüfuzlu insanlarla təmaslarda diqqətli olun. Sizi qeyri-sağlam karyerizmdə suçlaya bilərlər.

Oğlaq - Ən kiçik amilləri, hətta xırda detalları nəzərə alın. Hadisələrin mümkün inkişaf məcrasını təxminləməyə çalışın. Uzunmüddətli planlaşdırmada rəqibləri üstələməyə can atın. Sizdən yardım və məsləhət istəyirlər. Nüfuzunuzu artacaq.

Peşə fəaliyyəti müstəvisində qələbələr və uğurlar istisna deyil. Şəxsi həyatda isə irəliləyişlər və yaxşılığa doğru dəyişikliklər ehtimalı azdır. Hisslərinizi araşdırın. Kiçik problemlər sizi təlaşa salmasın. Tələskənlik etməyin. Yaşananları anlamağa çalışın. Belə baxış və davranış narahatlıqların əsl səbəbini anlamağa yardım edəcək.

Dolça - Ehtiyatlı və həssas davranın. Bu gün yol verəcəyiniz səhvlər peşə fəaliyyəti müstəvisində problemlər yarana bilər. Yalnız kollektivin həll edəcəyi problemin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Etibarlı və zəhmətkeş yardımçılar seçə bilərsiniz. Uğuru müttəfiqlə bölüşməli olacaqsınız. Narahat olmayın, irəliləyin.

Sizi çoxdan bəri narahat edən məsələni sevdiyiniz insanla müzakirə edin. Mürəkkəb söhbətə başlamaqdan çəkinməyin. Eşidəcəyiniz sözlər sizi sevindirəcək.

Balıqlar - Qohumlarla əlaqələr daha da sıx olur. Ailədəki məsələləri həll edərkən hamını təmin edən variantı tapa bilərsiniz. Sevdiyiniz insanla münasibətlərdəki harmoniya sizi razı salacaq.

Romantik görüş təəssüf hissi yaratmayacaq.

Alış-veriş üçün pis gün deyil. Səfərə yollanmaq olar. Amma unutmayın ki, səfər nəzərdə tutduğunuzdan artıq vaxt alacaq. İşgüzar danışıqlar üçün əlverişli gündür. Di gəl, unutmayın ki, əldə edilən anlaşma və razılaşmalar müvəqqəti səciyyə daşıyır.
 

Milli.Az

loading...

Şərh yaz:

36 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Fevral 07:3040

    Sabahiniz xeyir olsun gününüz maraqli olsun !

    Cavab yaz
    • Anonim
      Nurka:) · 21 Fevral 10:3513

      Seninle bahem canim

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 21 Fevral 10:4337

        Cannnne cannnnn Nurlanammm

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Fevral 07:31410

    Status-Verdiyim dəyəri görməyəndə,gördüyüm dəyəri verirem.ki,her kes yerini bilsin !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Fevral 07:3249

    Status-Menim gözel gülüşümü kəpənək görsə ömrü uzanar :)))

    Cavab yaz
    • Anonim
      Nurka:) · 21 Fevral 10:3516

      Hamisina likeeee

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 21 Fevral 10:4337

        Cox saq ollll canimm

        Cavab yaz
  • Anonim
    (( · 21 Fevral 08:2205

    Adamlığı olmayan birini sevdim. O da məni atdı. Vicdansız. Səni tanıdığım günə lənət olsun

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Fevral 09:2049

    Oh, bəəəəə ))))

    Cavab yaz
    • Anonim
      Nurka:) · 21 Fevral 10:3626

      Vay beee:)

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 21 Fevral 10:5048

        :))))

        Cavab yaz
  • Anonim
    Nurka:) · 21 Fevral 10:5705

    Esram necesen? maman necedi?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 21 Fevral 11:0126

      Cannn cox saq ol yaxsiyam mualicededide bir azdan gedecem 3 de gelir tibb bacisi Sistem qosur venaya iyne vurur.Yaziq mamam hec dincelir ki ,yemek bisirmek keleyin kesir nenemde ne bisirsen beyenmir inan Allaha 1 gunde 3-4 xorek bisirir neneme gore Deyirem beyenmir beyenmesinde qoy şordan pendirden yesin sen ele kuxnada qalacaqsan seherden axsama can canı düşdüüü İndi bir azdan gedecem birce yay gelseydi baqrim cartlayir inanirsan

      Cavab yaz
      • Anonim
        Nurka:) · 21 Fevral 11:1114

        Canim Allah shefa versin. Mamalar eledide menim mamada emeliyyatdan sor iki uc gun uzandi:) deyirem uzan hec ish gorme deyir yoxe qala bilmirem.Nene helem ordadi?:) inshAllah yaxci olar darixma canim.

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 21 Fevral 11:1524

          Nenem maya qeder buradadi Mayin axiri gedecek

          Cavab yaz
          • Anonim
            Nurka:) · 21 Fevral 11:2212

            Allah sebr versin mamaya:) birce yay gelseydi mende gederdim Shemkire

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 21 Fevral 11:3021

              Coxx saq ol cannn seninde mamaya Allah sefa versin Mende and icmisem yayda gedib emelli basli dincelecem Samaxidaaaa İnsallahh bu yay meqsed qoydum yalniz dincelmek

            • Anonim
              Nurka:) · 21 Fevral 11:3902

              Cox sagol canim. He mende soz vermishem ozume ureyim harani istedi gedib orda dincelecem. Bir Shamixini isteyirem birde Qubani.

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 21 Fevral 11:4623

              İnsallah gelersen bize bir yerde gederik Qubaya nenemin külfeti oradadir gedib qalariq dincelerik

            • Anonim
              Nurka:) · 21 Fevral 11:5102

              InshAllah canim. Ele cox isteyerdim seninle bir yerde dincelmek:)

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 21 Fevral 11:5621

              İnsallah bir sey fikirleserikkk.)))

  • Anonim
    Nurka:) · 21 Fevral 11:0017

    Ay dislayk veren ne gunahim var axi? Seher,seher dislike veriib eseblerimi korlayirsan

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 21 Fevral 11:0326

      O paxillilkdan olecek İnsallah butun sehivelerde mene disilike edir Allaha and olsun bilirem kimdi niye yanir bilen de yoxduu nece od qoymusamsa qebre girence yanacaq qoy yansin !

      Cavab yaz
      • Anonim
        Nurka:) · 21 Fevral 11:1216

        Men deyirem axi hardansa tustu iysi gelir:)))))

        Cavab yaz
        • Anonim
          Arzu · 21 Fevral 11:2011

          Salamlar doslar bacılar sabahımız ugura günümüz xoş kecsin

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 21 Fevral 11:2913

            Salam canimmm Cox saq ol seninle bahem !

            Cavab yaz
          • Anonim
            Nurka:) · 21 Fevral 11:3101

            Salam Arzu necesen? cox sagol bahem.

            Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 21 Fevral 11:2226

          Basindan cixirda tustusuuu yayilib buraaaa indi dixlafos , xlorofoslayib qeseng etir fısqirdacammmm ha ha ha ha )))

          Cavab yaz
          • Anonim
            Nurka:) · 21 Fevral 11:3013

            :)))))))))))

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Fevral 12:02311

    Canlarimmm menim men indi cixiram bir azdandan gelecemmmm seq olun selametlerle qalinnn haminiziii öpüremmmmmmm Marççççç edirem dəəəəəəə) Canimmm Moderimmm menimmmmm, senden deee küsürəmmmmmm((((((Seq olllll selamet qallll(((

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 21 Fevral 12:1318

      Dyesen cixmaqim pis tesir edireee heee Dislike verdunnnn men cixsam sancilaruvu ne kesecek həəəə???? 3 den sonra gelecem birteher derman falanla aqrilari kesersen bir azdan gelecem deeee:))))))))))))))))))))))))))))))))))

      Cavab yaz
    • Anonim
      Arzu · 21 Fevral 12:2100

      Cox sag ol esra canım necesen

      Cavab yaz
    • Anonim
      Arzu · 21 Fevral 12:2200

      Canım nurlana yaxşıyam cox sag ol sen necesen anan nece oldu

      Cavab yaz
    • Anonim
      Arzu · 21 Fevral 12:2300

      Esra bacım senin anan yazını gördüm indi xestedi allah şefa versin ne olub niye xestelenib

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 21 Fevral 15:1510

        Canim Arzu , mamamin sekeri qalxmisdi pis olmusdu halı hekime apardiq 1 ton iyne, derman, sistem yazib indi her gün tibb bacisi gelir poleklinkadan sistemleri qosur iyneleri vurur mende tez tez gedirem gelirem aklim fikrim ele oradadi Mamam hedsiz coxxx esebidi nenemin her zerrecik hereketine de coxx eseblesir tebii qebul etmir Allah ozu komek olsunnn Amin Ay Allah

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.