Cəmiyyət

Günün qoroskopu: çox maraqlı, hadisələrlə zəngin gündür

13 Fevral 2019 00:01
25 Şərh     Baxış: 8 540

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - emosional fon stabil deyil. Xırda və kiçik məsələlərə görə əhvalınızı pozmayın. Qətiyyətli və inadkar olsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Maraqlı işgüzar təkliflər alacaqsınız. İşdə rəhbərlik ideyalarınızla maraqlanacaq.

Yaxınlarınızla münasibətlərdə gərginlik yarana bilər. Sizi yaxşı anlamırlar. Siz isə izahatlara simiclik edirsiniz. Alış-veriş üçün əlverişli gün deyil. Nəzərdə tutmadığınız əşyaları almayın. Belədə pullar boşuna xərclənəcək.

Buğa - hər şey istədiyiniz kimi olmayacaq. Əsla gözləmədiyiniz məqamda və məkanda çətinliklər yarana bilər. Qəfil, ciddi maliyyə itkiləri ola bilər. İtirilən pulların bir qismini sonradan geri qaytarmaq mümkün olsa da, proses böyük səy tələb edir. İşdə rəhbərliklə fikir ayrılıqlları istisna deyil. İş yerini dəyişməyə zərurətin yaranması istisna deyil.

Günün ikinci yarısının emosional fonu yaxşı deyil. Sinirli və qıcıqlı olmayın. Ətrafınızdakı insanlar sizdən uzaqlaşmağa çalışa bilərlər. Amma sizi sevən insan çox səbrli olacaq və sonucda əhvalınızı yaxşılaşdıracaq.

Əkizlər - eksperimentlərə qatılmayın. Sınanmış, etibarlı vasitələrdən yararlanın. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni işlərə başlamağa tələsməyin, əks təqdirdə qarışıqlıq və geriləmə ola bilər. Dostlarla münasibətilərdə fikir ayrılığı yaranacaq. Mübahisəni ciddi münaqişəyə çatdırmayın.

Şəxsi münasibətlərdə pərişan ola bilərsiniz. Romantik təmaslar istədiyiniz kimi alınmır. Sevdiyiniz insanla təmaslardakı ciddi problemi duyandan sonra məruz qaldığınız hisslərin məzmununu anlayacaqsınız.

Xərçəng - iş nə qədər sizə çətin gəlsə də, əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. İnadkar, qətiyətli olun. Planlarınızı həyata keçirmək üçün əzmlə çalışın. Sonucda istəyinizə çata bilərsiniz. Bilik və bacarıqların artırılması üçün əlverişli gündür. Aldığınız informasiyaların dərhal karınıza gələcəyini xəyal etməyin.

Günün ikinci yarısında planlaşdırılmamış vizit ola bilər. Qonaqların gəlişinə sevinsəniz də, onlarla ünsiyyət sizi tez yoracaq. Axşam saatları gəzinti və kiçik səfərlər, habelə romantik ünsiyyət üçün sərfəlidir.

Şir - çox maraqlı, hadisələrlə zəngin gündür. Olaylar fərqli, müsbət və mənfidir. Problem ondadır ki, yaranan imkanlara əksər hallarda düzgün reaksiya vermirsiniz. Peşə fəaliyyəti ilə bağlı çətinliklərinizi çözmək, karyera müstəvisində irəliləmək şansını dəyərləndirin. Nüfuzlu insanlarla münasibətlərdə gərginlik yaratmayın. Bəzi qərar, söz və addımlarınız aqressiv təsir bağışlaya bilər.

Yaranan ideyalara ciddi yanaşın. Bir qədər sonra onların bəzilərini reallaşdıra biləcəksiniz. Qarşınızda yeni imkanlar yaranır.

Bacarıq və potensialınıza inanın. Belə olarsa, ətrafınızdakı insanlar da sizə inanacaqlar.

Qız - kiçik çətinliklər və anlaşılmazlıqlara rəğmən işlərin öhdəsindən əla gəlməyə çalışın. Qərarlarınız müdrik olsun. Tələskənliyə yol verməyin, amma geridə də qalmayın, ətalətli və süst olmayın. Məntiqlə davranın, yolunuzdan sapmayın.

Öz işlərinizi həll etmək əvəzinə bütün vaxtınızı başqalarının problemlərinin çözülməsinə həsr etməyin. Yeni sahədə, işdə fəaliyyətə başlamaq üçün əlverişli gündür. Yeni müttəfiqlər və tərəfdaşlar qazanacaqsınız.

Yaxınlarla ünsiyyət, birgə istirahət, səfər və ya gəzinti üçün əlverişli zamandır. Axşam saatlarında darıxmayacaqsınız.

Alış-veriş edə bilərsiniz.

Tərəzi - çətin, qarışıq, təbəddülatlı gündür. Bütün işlər planlaşdırdığınız kimi alınmır. Özünüzdən savayı kimsəni suçlamayın. Başqalarının münaqişələrinə qatılmayın. Sülhməramlı cəhdləriniz uğursuzluğa düçar olacaq. Bir zamanlar sizə yardım edən, dəstək verən insanlar indi sizi manipulyasiya qurbanı etməyə can atırlar. Onlar böyük qurbanlar tələb edirlər.

Sərt, dönməz olun. Yalnız belə olan təqdirdə maraqlarınızı qoruyaraq hifz edə bilərsiniz.

Mənfi təmayüllərin təsirlərinə rəğmən özünüz və yaxınlarınız üçün xeyli iş görə bilərsiniz. Əsas məsələ sürətlə dəyişən situasiyaya tez uyğunlaşmaq, ətrafınızdakı insanlar qarşısında ağır şərtlər qoymamaqdır.

Başqalarının nöqsanlarına və zəifliklərinə dözümlü olun.
 

Əqrəb - gün asan və sadədir. Bir sıra işlərdə uğur qazana bilərsiniz. Başlamalı olduğunuz işi intuitiv hiss edin. Təxirə salmaq və ya başqasına tapşırılması gərəkən işi müyyənləşdirin, vaxt və imkanlarınıza qənaət edin. Nikbin olun. İndiyədək sizdən uzaq durmağa çalışan insanlar sizə can atırlar. Kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr üçün əlverişli gündür.

Günün ikinci yarısı o qədər də uğurlu deyil. Mənfi təmayüllərin təsiri güclənir, işdə fasilələr və gecikmələr yaranır. Kiçik anlaşılmazlıqların ciddi problemlərə çevrilərək münaqişə ərəfəsi olmasına imkan verməyin.

Artıq heç nə deməyin.

Oxatan - ciddi və önəmli işə başlasanız, uğur əldə edəcəksiniz. Orijinal qərarlar qəbul edin. Mürəkkəb situasiyada qeyri-standard davranmaqla ətrafınızdakı insanları təəccübləndirə bilərsiniz.

Lider məziyyətlərinizi nümayiş etdirsəniz, yeni müttəfiq və ya tərəfdaş tapa bilərsiniz.

Bilik və bacarıqlarınızı, qabiliyyətinizi göstərmək üçün əlverişli zamandır. İdeyalarınızı bölüşəndə onları dəstəkləyən olacaq. Romantik təmaslar ola bilər.

Dostların yardım və dəstəyinə bel bağlamaq olar.

Oğlaq - rutin, yeknəsək gündür. Tərəfdaş və ya müttəfiq sizə birləşən kimi irəliləyə biləcəksiniz. Birgə layihəyə başlamaq üçün bundan yaxşı gün çətin ki, tapılsın. Planlaşdırılmamış vizitlər ola bilər. Qonaqlara sevinəcəksiniz.

Dəvət aldığınız toplantıya, çağırıldığınız məclisə gedin. Yanınızdakı şəxslərin sizə rəğbəti var.

Yeni tanışlıqlar olacaq. Lakin belə tanışlıqların sizdə ciddi maraq yaratması çətin məsələdir.

Dolça - rəsmi olmayan şəraitdə ünsiyyət üçün əla gündür. Köhnə dostlarla görüşdən həzz alacaq, yeni tanışlıqlar əldə edəcəksiniz. Orijinal qərarlar qəbul edərək ekstravaqantlığınızla ətrafdakıları heyrətləndirə bilərsiniz. Məqsədə çatmaq üçün qeyri-standart davranmaq olar.

Qonaq qəbul etmək və ya qonaq getmək üçün yaxşı gündür. Peşəkar fəaliyyətinizdə sizə yardım edə biləcək insanlarla ünsiyyətdə aktiv olun.

Axşam saatlarında aktiv istirahəti seçin.

Balıqlar - sadə olmayan gündür. Yolunuzda çoxsaylı sədlər və maneələr yaranır. Onları dəf etməyin mümkünsüz olduğunu düşünməyin. Çətinliklər az deyil, amma nikbin olun. Ən mürəkkəb anda yanınızda sizə mənəvi dəstək verməklə yanaşı, real kömək edəcək insanı görəcəksiniz. Köhnə dostlar və sadiq işgüzar tərəfdaşlarla görüş üçün münasib gündür.

Ailə üzvləri ilə münasibətlərdə gərginlik yaratmayın. Sevdiyiniz insanla təmaslarda diqqətli və həssas olun. İstək və arzularınızın köləsinə çevrilməyin. Ani həzz hissi verəcək əyləncəyə pul xərcləməyin.
 

Milli.Az

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Fevral 00:0140

    Sabahiniz uqurla acilsin gununuz maraqli olsun !

    Cavab yaz
    • Anonim
      izleyici · 13 Fevral 11:2120

      salam Esra inşəallah

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Fevral 00:07812

    Size paytaxt Ebdulhemidin hokmdarlik dovrune aid bir ehvalat yazacam Demeli yehudi muselmanla qonsu olur Yehudi cox varli olur Muselman kasib olur Bir gün müselman yehudiden sorusur ki , sen nece varlisan ? Yehudi deyir men tülkü quyruqu biznesi ile mesqulam sende puluvu yatirt tülkü quyruqu satt varlan Muselman baslayir hemen günden olkede ne qeder tülkü var ovlayir ki quyruq satacaq olan qalani da elinden cixir quyruq alan olmur evi dolub dasir tülkü quyruqu ile Ne iseee bir basina doyur bir dizine Xeber gedib cixir hokmdara Hokmdar muselmani saraya caqirir Muselman hokmdara ehvalati danisir ve her sey elden cixdiqini da deyir Hokmdar deyir bunu qulaqunda surqa ele Yehudi hec vaxt muselmanin dostu qonsusu ola bilmez yehudinin dostu xristiandi Hokmdar deyir -Men indi emr verecem ki olkede yehudiler ve xristianlar mutleq boyunlarindan tulku quyruqu asmalidi Emrim quvveye minen kimi sen get quyruqlari sat Ne ise muselman gelir eve seherisi olkede emr olunur ki olkede ne qeder xristian ve yehudi var hamisin

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Fevral 00:10713

    Boynunda tulku quyruqu olmalidi Bu muselmanda bazarda tulku quyruqlari satmaqa baslayir butun eyaletlerde soz gezir ki quyruqu yalniz bazarda bir muselman var o satir 1 aydan sonra muselman qeseng varlanir ve saraya gelib hokmdara tesekkur edir ve hokmdar deyir sabahdan emr edecem ki daha dayandirilsin quyruq meselesi Hokmdar qerari deyisir ki , bu qerari leqv edirem daha tulkulere ziyan vermeyek yaziqdilar her kim tulku ovlasa dar aqacindan asilacaq Ve belelikle muselman bir hokmdar avam kendli uselmana kimek edir !

    Cavab yaz
  • Anonim
    ₺₺₺ · 13 Fevral 07:1329

    Əsram Sabahin xeyir dunən ev qonagla dolu idi balduzum o uzag olan uc gunluk bizə gəlib yoldasi ingiltərəyə gedib islə bagli gondəriblər bu birsi balduzumda ona gorə bizdə qaldu bugun də xalası qızı zad gələcək yəni ona gorə yazammamisam admiralida gordum oda pis olmusdu Əsra pis olmaye canim bacim mənim burda sərh yazmagim sənə əziyyətdən basqa bir sey deyil qoy gedim sənində basin qulagin dinc olsun gorəm artig səndə bezirsən mənim həyatjmin yukunu səndə dasimali deyilsən Allah hamisini gorur inan indi elə vəziyyətdəyəm ki urəyim partdiyir ən pisi də heckəsə urəyimi aca bilmirəm ama nə edim səni də bezdirmək istemirəm Allah səni qorusun nə yaxsi ki hələ insanlıg olməyib nə yaxsiki sənin kimi canim bacim var Allah səni o bir balana cox gorməsin Allaha əmanət ol amin

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Fevral 08:4468

      And olsun Allaha bezmirem sen menim doqma vertual bacimsannn seni saatlarla dinlemek xosdu mene cox xahis edirem hec olmasa vaxt olanda yada sal meni Allah senide qorusun canim menim her gün dualar edecem senin için Gözel bacim Allaha emanet ol özünden muqayat ol !

      Cavab yaz
    • Anonim
      07.13 e · 13 Fevral 12:5262

      A bala evinin sozun sirrin niye burda acib agardirsan biyabir eliyirsen. Boyuk qizsan artig gelinsen anasan niye bu qeder basi bos insanlar var? Senin heyatda bir yaxinin yoxdu derd danismaga biri pis olursa besi seni ele salib gulur.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 Fevral 13:5035

        Eyyyy, 12 52 ,o xanim mene gizlince deyirdi derdlerin hec kime de dexli yox idi Nece lazimdi derdlesirdik.Cox teessuf ........... qoymadi biz rahat derdlesek .. ureyi dolu olan genc bir gelin derd ortaqi yox bir yaxini yoxdu etrafinda(( ureyi partlayib ölmelidi ??ecceb edir mene danisir laqa qoyub,ələ salib gülenleri derde düşsün hec derman da tapilmasin

        Cavab yaz
  • Anonim
    $$$. · 13 Fevral 09:4568

    Allahın salamı olsun hər kəsə. Hamının uzu gulsun , əhvalı xoş olsun. İşlərinizdə muvəffəqiyyətlər , təhsilinizdə uqurlar arzulayıram. Amin !

    Cavab yaz
    • Anonim
      $$$$$$-ya · 13 Fevral 11:1962

      Saxtasan

      Cavab yaz
  • Anonim
    11.19 a · 13 Fevral 11:2924

    Unvanı səhv salmayın . $$$.

    Cavab yaz
  • Anonim
    12:52 ye · 13 Fevral 13:4715

    Ay nadan mən əsraya burda ulu orta yazmiram gizli sehive var idi ancag ikimiz gorurduk yazdiglarimizi ora yazirdim sənin kimi ditdililər olan yerə yazmamisam bu bir,ikincidəki demirəm duz elirəm ama yoxdu həyatda elə yaxinim ailəm hamisi kilometrlerle uzagda olur burda hec kimim yoxdu serhimde evimin sirri deyə hecnə uoxdu basi bos ozunsən diqqətlə oxu ay bisavad sadəcə evdə qonag var yaza bilmədiyimi yazmisam esra taniyir deyə yoxsa detayli yazmazdım yəni cox agillisansa get oz həyativi mukəmməl yasa camaatin isinə burnunu soxma,hec kəsi də qinama sabah basiva nə gələcəyini biləmmmərsən agilli ol onsuzda basim xarab olub hirsimi sənə tokməyim ay SƏVİYYƏ

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Fevral 13:5444

      Canim menim Ona intervyu vermeye borclu deyilsen eseblerini qoru ezizimmmm

      Cavab yaz
  • Anonim
    ₺₺₺₺ · 13 Fevral 14:0124

    Yazaram əsram yazaram təki sən istə canim bacim nolar cox ehtiyacım var demirəm uzun uzadi ama namazinda bircə dəfə də olsa məni də urəyindən kecirt sən seyidsən Allah hamimizin yar və yardimcisi olsun Allah butun qəlblərə rahatlig versin qelb qiranlari islah etsin amin bayagki sərhcidə məni hirsləndirdi yazdim indi vicdan əzabi kecirdirəm niyə qarisirsan denən isimə qiragdan səf tutmag asandi məndə 3 il bundan qabag haminin təriflədiyi ozundın razi hamiya məsləhət verən idim ama indi basim xarab olub insanlarin həyatini bilməmis muhakimə etməsində ay əsram səf derəm sora deyirlər ozunu asdi demirlər ki biz onu məcbur etdik Allah hamimiza səbr versin amin cox pisəme cox pis

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 Fevral 14:1544

      Canim menim sene dualarim serhedsiz ve sonsuzduuu Qurana and olsun heqiqeten deyirem dusunen beynimdesen her gün fikirlesirem seni Bütün dualarim seninledii Bayaq gunorta zohr Namazinda men ....-a dua etdim ki imkan versin yazaq Quran haqqi ozumnen asli olmadi içden geldiii Qelbimde ve dualarimdasan pis olma heccc pis olma hamisi muveqqeti cetinliklerdi illerde ki su kimi axir

      Cavab yaz
    • Anonim
      $$$. · 13 Fevral 14:2850

      İşinizə qarışmaq kimi başa duşməyin , özunu asdı məcburiyyətdən deməyin . Əqidəsi , iradəsi zəif insanlar intihar edir. Siz gənc , ailəli xanımsınız ,cətinliklər ola bilər , amma sınmayın , mubariz olun . Ailədə hər şeyi valideynlər yerbəyer edir , utanmayın, qaynananızla danışın , dərdləşin , gunahınızın nə olduqunu öyrənin və öz özunuzu az danlayın. Hər şey Allahın əlindədir. İnşallah hər şey duzələr.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 Fevral 14:4355

        Bezen ne qeder qarsindakin anlatmak isteyrsen kicik olduqun xam olduqun nezere almirlar laq obyektine cevirirler o dunyasin fikirlesmir bezi aqbircekler Ona gore men qinamiram bu xanimi ozu de oxumus Ali Mekteb bitirib kas bir az gec aile qurardi karyera qurardi sonra Vallah men onun yerine olsaydim belke indi qebirde sumuklerim coxdan curumusdu Ele bil yaziq Qurdlar vadisine dusubb Allah sebr versin komek olsun hammiya

        Cavab yaz
        • Anonim
          ₺₺₺₺ · 13 Fevral 15:0534

          Cox sagol əsram axirki bugun güldüm qurdlar vadisi:):):) cox sagol urəyim bacim biraz da imanim guclu olsa bunlarin bir imtahan oldugun beynimə urəyimə yedirə bilsəm, bilirəm ama aglim o surətli gedən masin yolu olure elə di bir saniyə rahatlig yoxdu elə fikirlər basimi cartdadir Allah aglimi əlimdən almasın cox qorxuram dəli olmagdan cunku cox fikirləsirəme

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 13 Fevral 15:1133

            Coxxx fikirlesme heyatuvu yasa ozuve korpene ziyandi niye fikirlesirsen fikirlesme Senin İmanun gucludu Seytana her gun lenet oxu Seytana uymaaa

            Cavab yaz
            • Anonim
              ₺₺₺ · 13 Fevral 15:3722

              Cox sagol əsram hə gərək cox fikirləsmiyime basimi qatim insanin elinde deyile beyindi Allah səndən razı olsun Allah aglimizi əlimizdən almasin amin

      • Anonim
        ₺₺₺₺ · 13 Fevral 15:0023

        Cox sagol canim mənim mən səni taniyiram mən əvvəlki Sarayam səndə bir dəfə yazmisdine iki baciyig o qızsanda hə cox sagol yo elə fikrim yoxdu bilirəm ki intihar gunahdi cox sagol məsləhətinə gorə sadəcə derəmki elə dışlayıb insani o həddə catdirmasinlar,Allah aglimi əlimdən almasin elə sey etmərəm Allah aglimizi əlimizdən almasın amin cox sagol məsləhətinə gorə nə demək istədiyini cox gozəl basa dusurəm

        Cavab yaz
        • Anonim
          $$$. · 13 Fevral 15:1820

          Sara xatun salam. Siz möhkəm olun , hər sözu urəyinizə salmayın və bir gun olacaq ki ,Sizi incidənlər etdiklərinə peşiman olacaqlar. Məni tanıdıqınıza görə də təşəkkurlər. Bəli biz iki bacı bir qardaşıq gəlinimiz də var , Lacın , Məryəm adlı mələklərimiz də var. Allah hamını qorusun!

          Cavab yaz
          • Anonim
            ₺₺₺ · 13 Fevral 15:3901

            Can Allah saxlasin o şirin balalari,cox gozəl həmişə xosbəxt olun amin

            Cavab yaz
  • Anonim
    $$$. · 13 Fevral 15:4810

    Cox saq olun Sara xatun. Baba və nənəmə deyəcəm namazda Sizə dua etsinlər. Darıxmayın, hər şey kecəcək və gözəl olacaq.

    Cavab yaz
  • Anonim
    $$$. · 13 Fevral 15:5230

    Qızlar bizim bir Ebru xanım və Zəhra xanımımız var idi. Coxdandır yazmırlar. Necəsiniz ay gözəllər? İnşallah ki yaxşı olarsınız. Mən də 18 - nə kimi hələki yazıram , dərslərimiz başlayan kimi haydı dərslərə ....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.