Cəmiyyət

Günün qoroskopu: Əvvəlcədən hazırladığınız plan üzrə hərəkət edin

11 Fevral 2019 00:01
17 Şərh     Baxış: 8 413

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - travma riskinin çox olduğu gündür. Yorucu və mürəkkəb işdən, sükan arxasında uzun müddət olmaqdan, şübhəli toplantılara qatlımaqdan imtina edin. Uzaqdan xoşagəlməz xəbərlər ala bilərsiniz. Konkret məqsədə çatmaq üçün son vaxtlar göstərdiyiniz səylərin əbəs olduğunu anlayacaqsınız.

Kənar təsirlərə boyun əyməyin, soyuqqanlı davranın. Manipulyasiyaya uymayın. Kimsəyə imkan verməyin ki, sizi idarə etsin.

Daha sərt mövqe tutun.

Buğa - nüfuzlu şəxsin dəstəyini ala bilərsiniz. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Yeni layihələrə qatılın, işgüzar təşəbbüslə çıxış edin. İdeyalarınız anlayışla qarşılanır. Onların əksəriyyətini reallaşdırmaq mümkün deyil.

Yaxın ətrafınızdakı insanlar sizə rəğbətlə yanaşırlar. Maraqlı imkanlar yaranır.

Ciddi romantik münasibətlərin başlanması istisna deyil. Təmasların asan olmayacağını bilin.

Əkizlər - çoxsaylı kiçik problemlər vəd edən gərgin gündür. Gerçəkdən də, mühüm işlə məşğul olmağa vaxtınız qalmayacaq. Daim nəyisə yoluna qoymaq, düzəltmək, qaydaya salmaqla məşğul olacaqsınız. Səhlənkarlıq və diqqətsizlik anlaşmaların uğursuzluğuna, maliyyə itkilərinə səbəb ola bilər. Nəqliyyat vasitəsini idarə edərkən xüsusilə diqqətli olun.

Sizə birbaşa dəxli olmayan münaqişələrlə qarşıdurmalara qarışmayın, mübahisələrdə iştirak etməyin. İştirakınızı mütləq saydığınız situasiyalarda belə, başqalarının problemlərini çözməyə çalışmayın.

Axşam saatlarını evdə, yaxınlarınızın yanında keçirin. Onlar sizi tez başa düşürlər.

Xərçəng - bu gün görə biləcəyiniz ən yaxşı iş önəmli işə başlamamaqdır. Ciddi işlərə başlamaq, mühüm məsələlərin həllini planlaşdırmaq üçün əlverişli deyil.
Rutin işlərlə məşğul olaraq pozitiv emosiyalar ala bilərsiniz. Yeni tanışlıqlar, maraqlar istisna deyil. Romantik münasibətlər başlarsa, sürətlə inkişaf edəcək.

Maliyyə çətinlikləri istisna deyil. Alış-verişi təxirə salın. Qısamüddətli səfər və səyahət istisna deyil. Uzunmüddətli səyahətə çıxmayın.

Şir - sakit və rahat gündür. Çoxdan bəri görmək istədiyiniz, amma vaxt tapmadığınız işi bitirə bilərsiniz. Sizi maraqlandıran suallara cavab tapacaqsınız. Cavablar sizi narazı qoymayacaq. Qeyri-adi görüşlər, tanışlıqlar ola bilər. Qarşı tərəfdə xoş hisslər yaradın.

Alış-verişdə diqqətli olun. Pulu boş yerə xərcləməyin, yalnız lazım olan əşyalar alın. Yaşlı qohumlar və tanışlarla ünsiyyətdə fayda var. Yardım və məsləhət alacaqsınız.
 

Qız - çox gərgin olsa da, maraqlı gündür. Sizi maraqlı görüşlər, sizinlə eyni istiqamətdə hərəkət edən insanlarla təmaslar gözləyir. Çox danışmayın, soyuqqanlı və ehtiyatlı olun. Şəraitə rəğmən, təmkinli davranın. Çətin vəziyyətlərdə müttəfiq və tərəfdaşların yardımlarına güvənə bilərsiniz.

Ciddi iş və genişmiqyaslı layihələr üçün əlverişli gün deyil. Peşəkar aktivlik səviyyəsini ifrat dərəcədə artırmayın. Şəxsi münasibətlər baxımından uğurlu gündür.

Axşam saatlarında dostlarla görüşməyi unutmayın.
 

Tərəzi - günün ilk yarısı danışıqlar, anlaşmalar, sövdələşmələr üçün əlverişli zamandır. Planlarınızı uğurla reallaşdıra bilərsiniz. Qısamüddətli və ya uzunmüddətli əməkdaşlığı ehtiva edən sənədləri imzalamaq olar.

Əks cins mənsubu ilə tezliklə dil tapa bilərsiniz.

Uzunmüddətli planlar qurun, gələcəyi düşünün. İntuisiyanız sizə necə davranmağın yolunu göstərəcək. Bir sıra işlər planlaşdırdığınız kimi alınmayacaq.
 

Əqrəb - günün ilk yarısında diqqətli, sayıq olun. Hesablarda yanılmayın, xırdalıqlara və detallara fikir verin. Həmfikirlər tapacaqsınız. Onların yardımı ilə bir sıra ciddi problemləri həll edə bilərsiniz. Tərəfdaşlarla təmaslar üçün əlverişli gündür. Nüfuzlu insanlarla görüşə bilərsiniz.

Əks cins mənsubları ilə təmaslarda həssas olun.

Yaxınlarınız qarşısında yüksək tələblər qoymayın, ifrat iradlar səsləndirməyin. Nöqsan və zəiflikliklərinizə haqq qazandırmayın.

Belə olarsa, dostlarla münasibətlərdə sərinlik yaranacaq. Qarşılıqlı umu-küsü də istisna deyil.
 

Oxatan - dəyişikliklər yaşanacaq. Onlar gözlədiyinizdən də ciddi ola bilər. Yeni situasiyada özünüzü itirməyin. Niyə və necə davranmağın yollarını arayıb müəyyənləşdirin. Etiraflar üçün münasib gün deyil.

Gözlənilməz və dəyərli hədiyyələr ola bilər. Köhnə dostlar özlərini xatırladacaqlar. Onlarla əla vaxt keçirə bilərsiniz. Axşam saatları sakit istirahət üçün əlverişlidir. Dəvət aldığınız məclisə və ya çağırıldığınız tədbirə qatılın.
 

Oğlaq - ehtiyatlı və sayıq olun. Macəra aramayın, sərgüzəştlər axtarmayın. Əks halda ciddi səhvlərə yol verəcəksiniz. Sizinlə ünsiyyətdə olmaq istəyən insanlar çoxdur. Onlarla mühüm məsələləri müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanlardan biri və ya bir neçəsi qarşısına qoyduğu hədəfə çata bilmədiyi üçün sizdən narazıdır. Onlar uğursuzluqlarında sizi suçlu bilirlər.

Əvvəlcədən hazırladığınız plan üzrə hərəkət edin. İmprovizələr məsləhət deyil.
Çox böyük rəğbət bəsləməyinizə rəğmən son vaxtlar münasibətlərinizdə sərinlik yaşanan insanla səmimi danışın. Qarşılıqlı anlaşma yolunda hansı sədlər yaratdığınızı aydınlaşdırın.

Dolça - günün ilk yarısı əhvalınızın xoş olduğu gündür. Baş verənlərə rəğmən soyuqqanlı olun. Xırdalıqlara və təfərrüatlara fikir versəniz, tezliklə qələbəyə nail olacaqsınız. Nikbin olun. Hansısa iş alınmayanda dərd etməyin.

Qəfil görüşlərdən biri yeni, romantik münasibətlərin əsasını qoya bilər. Ailə problemlərinin həlli, yaxınlarınız üçün əhəmiyyətli məsələlərin həlli üçün əlverişli gündür.

Balıqlar - asan, rahat, əlverişli gündür. Axına qarşı çıxmayın, hadisələrin məcrasına müdaxilə etməyin. Hər şey təbii istiqamətində olmalıdır. İşgüzar tərəfdaşlarla münasibətlər normal olacaq. İşdə rəhbərlik və həmkarlarla təmaslarda, evdə yaxınlarınızla söhbətlərdə həssas və diqqətli olun.

Bəyəndiyiniz işlə məşğul olmaq imkanı yaranır. Xoşagəlməz işləri təxirə salın. Maraqlı işgüzar təkliflərin alınması mümkündür. İş yerini dəyişmək və ya köçmək barədə düşünə bilərsiniz.

Yeni ideyalar pis deyil.

Milli.Az

loading...

Şərh yaz:

17 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Fevral 00:0440

    Sabahiniz uqurlu gozel olsun !

    Cavab yaz
    • Anonim
      Esmer · 11 Fevral 08:4010

      Seninle Bahəm Esram. ..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 11 Fevral 10:3502

        Can Esmərim cox saq ol

        Cavab yaz
  • Anonim
    $$$. · 11 Fevral 08:24130

    Allahın salamı olsun butun insanlara. Gununuz hər gundəkindən uqurlu olsun inşallah . Amin !

    Cavab yaz
    • Anonim
      Esmer · 11 Fevral 08:4120

      Salam Gözel qız seninde sabahın xeyirli günün ugurlu olsun ...

      Cavab yaz
      • Anonim
        $$$. · 11 Fevral 09:1020

        Sabahınız xeyir Esmer xanım. Diqqətinizə görə təşəkkur edirəm.

        Cavab yaz
  • Anonim
    $$$. · 11 Fevral 08:4160

    Tarixi hadisələr : - 1962 - Fransa kecmiş mustəmləkəsi Əlcəzairin mustəqilliyini tanıyıb.

    Cavab yaz
  • Anonim
    $$$. · 11 Fevral 08:4360

    1788 - Massaçuest ştatı Birləşmiş Ştatlar Konstutsiyasını təsdiqləmiş altıncı ştat olur.

    Cavab yaz
  • Anonim
    $$$. · 11 Fevral 08:4760

    1900 - Rusiya alimi Aleksandr Popov ilk dəfə dənizdə radio ilə "Yennak " buzqıran gəmisinin kapitanına təhlukə barəsində xəbər verdi.

    Cavab yaz
  • Anonim
    $$$. · 11 Fevral 08:4850

    1042 - İkinci dunya muharibəsi : Böyuk Britaniya Tailanda muharibə elan etdi.

    Cavab yaz
    • Anonim
      $$$. · 11 Fevral 09:3010

      səhv yazılıb - 1942 ci il .

      Cavab yaz
  • Anonim
    $$$. · 11 Fevral 08:5150

    1958 - Munhen aviafəlakəti zamanı İngiltərənin Mancester Yunayted futbol klubunun 8 oyuncusu həlak olub.

    Cavab yaz
  • Anonim
    $$$. · 11 Fevral 08:5250

    1992 - Azərbaycan Respublikası Ukrayna ilə diplomatik əlaqələr qurmuşdur.

    Cavab yaz
  • Anonim
    $$$. · 11 Fevral 08:5450

    1998 - Vaşinqton Beynəlxalq Hava Limanının adı dəyişdirilib Ronald Reyqan Beynəlxalq Hava Limanı olur.

    Cavab yaz
  • Anonim
    $$$. · 11 Fevral 08:5650

    1550 - Ucuncu Yuli Roma Papası secilmişdir.

    Cavab yaz
    • Anonim
      Предсмертное желание · 11 Fevral 10:5510

      Salam!!!Siz harda tehsil alirsiz?

      Cavab yaz
      • Anonim
        $$$. · 11 Fevral 15:4410

        Salam. BDU - də.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.