Cəmiyyət

İnternetdə tanış olduğu qadını evə gətirdi, soyuldu

17 Yanvar 2019 23:17
0 Şərh     Baxış: 2 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aralarında qadın da olan dstə üzvləri quldurluq və hədə-qorxu ilə tələb etməkdə ittiham edilir

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb.
Maya Qasımova, Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovanın cinayət işi hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiyanın icraatındadır.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, baxış iclası yanvarın 23-nə təyin edilib.

Hadisə 2018-ci il yanvarın 25-də Yasamal rayonunda baş verib. Rayon ərazisindəki mənzillərdən birində Muxtar Məmmədovun əl-ayağını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürüblər Yasamal rayon polis idarəsi 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə təqsirli bilinən dəstə üzvlərindən Orxan Hüseynov "isti izlər"lə saxlanılıb, digərlərinin isə şəxsiyyətləri müəyyən edilib.

Daha sonra dəstənin digər üzvləri - M.Qasımova, İ.Kərimov, E.Osmanov və Şabran rayon sakini S.Heydərova da saxlanılaraq istintaqa cəlb ediliblər.

Araşdırmalarla məlum olub ki, Bakı şəhər sakini M.Məmmədov internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində həmin evə gəlib. Bundan, təxminən, 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürərək Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər.

M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.
Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb, quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.