Cəmiyyət

Bakıda "Boqema"

17 Yanvar 2019 23:16
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin "Boqema" operasının tamaşası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, tamaşada əsas partiyalardan biri olan Rudolfun partiyasını ifa etmək üçün Teatrın rəhbərliyi gənc və istedadlı həmyerlimiz Azər Rzazadəni dəvət edib. Vokalçı kimi karyerasına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində başlayan Azər sonradan təhsilini davam etdirmək üçün İtaliyaya getmişdi. Hazırda o Milanın La-Skala Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Tamaşada Marsel partiyasını Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edəcək.

Mimi rolunda Əməkdar artist, "Humay" mükafatı laureatı Afaq Abbasova, Müzetta rolunda Əməkdar artist İnarə Babayeva çıxış edəcəklər. Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen), Əməkdar artistlər Tural Ağasıyev (Şonar) və Əliəhməd İbrahimov (Parpinol) da iştirak edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.