Cəmiyyət

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

17 Yanvar 2019 23:08
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü şəhər sakini Valeh Ağəli oğlu Zərbalıyev 10 MB 555 dövlət nömrə nişanlı "Kia Optima" markalı avtomobil tərəfindən vurulub. V.Zərbalıyev hadisə yerində ölüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Kürdəmirdə digər yol qəzası da baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.