Cəmiyyət

Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb - YENİLƏNİB

17 Yanvar 2019 23:09
0 Şərh     Baxış: 2 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:09

Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə qatarın sərnişinləri bildiriblər.

Onların sözlərinə görə, Sumqayıta doğru hərəkət edən qatar saat 19:48-də Güzdək istiqamətində 1 saat 15 dəqiqə dayanıb. "Maşinist hər 10 dəqiqədən bir bildirirdi ki, qatarın dayanmasına səbəb hava şəraitidir", - deyə onlar qeyd ediblər.

Sərnişinlərin sözlərinə görə, yaranmış problem həll edilmədiyindən Bakı-Sumqayıt qatarının hərəkəti mümkün olmayıb və qatar teplovoz vasitəsilə təyinat nöqtəsinə aparılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a bildirilib ki, qatarın hərəkətində dayanma olmayıb, sadəcə, hava şəraiti ilə əlaqədar sürət həddi endirilib.

21:29

Bakı-Sumqayıt elektrik qatarında sürət həddi endirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, bu, hava şəraiti ilə əlaqədardır. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.