Cəmiyyət

Uşaqları küçələrdən uzaqlaşdıran SƏBƏB - VİDEO - FOTO

17 Yanvar 2019 13:50
4 Şərh     Baxış: 2 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər dövrün tələbi fərqlidir. Qəribədir ki, küçə oyunları ilə böyüyənlərin uşaqlarının maraqlarını bu gün kompüter oyunları və internet əvəz edib. Çoxu "əşi nə var e küçə oyunlarında" desələr də, psixoloq bu sualın cavabını belə izah edir. 

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sorğu: Evdə olduğun müddətdə zamanı necə dəyərləndirirsən?
- Kompüterə baxıram.

Həyətdə oynamaq daha maraqlıdır, yoxsa evdə kompüterlə?
- Evdə

Aida Nəbiyeva (psixoloq) - "Küçə oyunlarında nə var idi? Növbələşmə var idi, sıralanma var idi, məsuliyyət hissi var idi, emosianallıq var idi, paylaşmaq var idi. Qələbəni paylaşmaq qədər gözəl hiss harda var? Küçə oyunları olmayacaqsa, uşaqlar aktiv oyunlar oynamayacaqlarsa, vaxtından tez böyüyəcəklər ki, bu da uşaqlığımıza vurulan ən böyük zərbədir".

Cavid İmamoğlu (sosioloq) - "Uşaq evdə qaldıqca internet, yaxud da kompüter asılılığı yaradır və bu onlarda mənfi davranışları formalaşdırır. Artıq uşaq özünə qapalı, ətrafa qapalı böyüyür, yəni sosiallaşmağı düzgün getmir. Nə qədər ki, bu cür tərzdə davam edəcək bir o qədər də bizim uşaqların uşaqlığı əllərindən alınacaq".

Zəmanəni, dövrü günahlandırsaq da, əslində, bu vərdişlərin keçmişdə qalmasının bir başqa  səbəbləri də var.

Aydınxan Əbilov (kulturoloq) - "Əvvəl 5 dərs keçilirdisə, indi az qala 7 dərs keçirilir. Dərsdən sonra müxtəlif dərnəklər, hazırlıq kursları olur. Eyni zamanda uşaqlarımızın böyük bir hissəsi şəhərin müxtəlif yerlərində, məktəblərdə oxuyurlar. Nəqliyyata sərf olunan vaxtı da nəzərə alsaq, uşaqların, demək olar ki, biz böyüklər kimi vaxtı yoxdur ki, digər sərbəst vaxtlarında həyətə düşsünlər, oynasınlar". 

Cavid İmamoğlu (sosioloq) - "Kənddə daha çox uşaqlar oyuna meyillidirlər, çöllə, təbiətlə əlaqəlidirlər, amma şəhərdə bu imkanlarımız azalıb. Bir ona görə ki, boş yerlər, boş parklar, meydançalar aradan qaldırılıb, onların yerində restoranlar binalar və s.-lər var. Şəhər çox sıxdır, uşaqların həyatı üçün təhlükəlidir və valideynlər də ehtiyat edirlər.

Psixoloqlar belə hesab edirlər ki, əgər uşaq oyunları aktiv şəkildə oynanılarsa, uşaqlar mənfi vərdişlərdən uzaqlaşar və sosial bacarıqlar getdikcə artar.

Aida Nəbiyeva (psixoloq) - "Yeganə problemdir ki, sosial adaptasiya problemi qarşısında biz aciz qalırıq. Və o zaman da psixoloqa müraciət edəndə biz çox çətinlik çəkirik. Niyə görə? Çünki məsləhət görürük uşaqlar uşaq oyunları oynasınlar, həyətdəki oyunları oynasınlar. Çünki bundan böyük sosiallaşma üçün aktiv mühit ola bilməz".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Uşaqları küçələrdən uzaqlaşdıran SƏBƏB

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.