Cəmiyyət

Bakıda parkomatlar yığışdırılır

16 Yanvar 2019 18:49
4 Şərh     Baxış: 1 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının küçə və prospektlərindəki parklanma yerlərindən parkomatları yığışdırırlar.

Milli.Az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məlumat verib.

Ekspert bildirib ki, yığışdırılan parkomatların istifadəsi üçün variantlar tapılmalıdır:

"Parkomatların yığışdırılmasının səbəblərini dəqiq bilməsəm də, bu lazımsız qurğuların belə bir taleylə üzləşəcəyi aydın idi. Onlar həm mövcud qanunvericiliyə uyğun deyil, həm də xeyli vaxtdır ki, istifadəsiz qalmışdılar. Amma bu cihazları zibilliyə də atmaq olmaz".

Qeyd edək ki, parkomatlar əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olub, daha sonra parklama yerləri Bakı Nəqliyyat Agenltiyinin tabeliyinə verilib. Parkomatların ləğv edilməsi zaman-zaman gündəmə gəlib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.