Cəmiyyət

Gələn aydan sayğaclara baxış keçiriləcək

15 Yanvar 2019 22:29
0 Şərh     Baxış: 4 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə fevralın 1-dən başlayaraq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulub.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, əksər yeni tikilən binalarda qaz sayğacları mənzillərin balkonunda quraşdırıldığından mənzillərə daxil olmaq və sayğaclara profilaktik yoxlama xidməti keçirmək zərurəti yaranır:

"Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğacların işçi vəziyyətinin yoxlanılması mümkün olmur, nəticədə gözlənilmədən sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb ola bilər".

Birlik qaz istehlakçılardan "Azəriqaz" İB-nin işçisi olduğu haqda təsdiqedici vəsiqəsi olan mütəxəssislərimizin qaz sayğaclarına profilaktik xidmətin göstərməsi üçün şərait yaratmalarını xahiş edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.