Cəmiyyət

MTRŞ Elçin Əlibəylini tənqid etdi - VİDEO

14 Yanvar 2019 14:21
23 Şərh     Baxış: 4 752

Milli Televiziya və Radio Şurası (MTRŞ) Space TV-də yayımlanan "El sizin, sirr bizim" proqramını tənqid edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şuranın yaydığı açıqlamada aparıcı Elçin Əlibəylinin ifaçı Maral Tahirqızını aşağılaması pislənilib: 

"İl ərzində teleradio məkanında müşahidə olunan mənfi tendensiyalardan biri sosial şəbəkələrdə populyarlaşmış bu və ya digər neqativ fenomenin kütləvi yayıma çıxarılaraq ictimai rəyə yeridilməsi hallarıdır. Yayımçılar tərəfindən psixi durumu, tərbiyəsi yerində olmayan ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə populyarlığını nəzərə alaraq efirə çıxararaq onun vasitəsilə reytinq əldə edilməsinə çalışıb.

Məsələn, belə hallardan biri cari ilin may ayında (05.05.2018-ci ildə) Space TV-də yayımlanan "El sizin, sirr bizim" verilişində baş verib. Belə ki, verilişdə aparıcı Elçin Əlibəyli tərəfindən saxta sənətkar nümunəsi qismində cəmiyyətdə qeyri-ciddi müğənni kimi tanınan Maral Tahirqızı adlı xanım iştirakçı təhqir edilib. Bu hal internet media və sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
MTRŞ Elçin Əlibəylini tənqid etdi

loading...

Şərh yaz:

23 Şərh:

  • Anonim
    Əsranur · 14 Yanvar 14:29295

    Psixi durumu, tərbiyəsi yerində olmayan ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə populyarlığını nəzərə alaraq efirə çıxararaq onun vasitəsilə reytinq əldə edilməsinə çalışıb.....:))))))))))Guyaki,efirə çıxanların hamısı həci,kərbəlayi,məşədixanımlardır?Çimərlik paltarında çıxanları,sinəsini açanları,düzgün oturmayanları,ağzəndan söz tökülən aparıcıcıqları,ağlayan kişi müğənniləri niyə görmürsünüz bəs?Maral Tahirin qızı onların çoxundan qabiliyyətli geyinir.Zərzibonskiy,cıncıq-muncuqlu,yaşılı göyə qatsa da,özünü açıb qoymur.Əksinə,uzunqol paltarından üstündən,kiminsə şubasını da keçirdir əyninə-göstərmək üçün:)

    Cavab yaz
    • Anonim
      xumar · 14 Yanvar 15:0341

      Like cox duz dediniz

      Cavab yaz
      • Anonim
        Əsranur · 14 Yanvar 15:0700

        Təşəkkürlər:)

        Cavab yaz
    • Anonim
      Nata · 14 Yanvar 22:33516

      Sende olmayan savadla öz aleminde guya nese yazdında

      Cavab yaz
  • Anonim
    Bu · 14 Yanvar 14:30200

    Elçin ümimiyyətlə özündən çox razı adama oxşayır

    Cavab yaz
  • Anonim
    Nardaşa · 14 Yanvar 14:52130

    Ümumiyyətlə YEKƏXANALIQ məvhumu bunların boyuna biçılib ,alçaq dağları bunlar yaradıb və sair ,və il axır ...

    Cavab yaz
  • Anonim
    Bakili · 14 Yanvar 14:53180

    Öz gözündə budagi görmür. Başqasinin gözündə çöp axtarir elçin əlibəyli

    Cavab yaz
  • Anonim
    Zeynäb · 14 Yanvar 15:11103

    Savadlı insandır bu. Amma verlişinə gələnləri təhqir eliyir. Elə salır gülür. Bunu görəndə kanalı tez dəyişirəm.

    Cavab yaz
  • Anonim
    Raul · 14 Yanvar 16:14314

    Mən Elçin Müəllimin verlişinə baxıram. Çoxda bəyənirəm. Çox savadlıdır. Qaldı dolmağa. Baxır kimi. Elçin Müəllim özünə hörmət qoyan, savadlı adamı heçvaxt dolamaz.

    Cavab yaz
  • Anonim
    seref · 14 Yanvar 17:50122

    Lovğa,ədəbaz Elçinin özünü hərkəsdən ağıllı sayması, verlişində insanları Mühakimə, hətta təhqir etməsi.insanda haqlı əsəb və narahatçılıq yaradir.xaiş edirəm.! Müvafiq qurumlara ki., buna son qoysun.

    Cavab yaz
    • Anonim
      Nata · 14 Yanvar 22:3447

      Hecde ele deyil Elçin bey menim iş yoldaşimdi çox intelektual alicenab kolleqadı((((

      Cavab yaz
      • Anonim
        Əsranur · 15 Yanvar 10:2940

        Beyninin son güncəlləşməsi 2000-ə aiddir.Təcili update elə.Ondan donur:))))Kolleqasına-zadına bax bunun.

        Cavab yaz
  • Anonim
    behruz · 14 Yanvar 17:5210

    Yaxşı eledi

    Cavab yaz
  • Anonim
    Azərbaycan · 14 Yanvar 18:4870

    20% torpağı işğal altında olan ölkənin televiziyası gör necə " proqram" hazırlayır? Heç olmasa çəkinən utan..!

    Cavab yaz
  • Anonim
    Azərbaycan · 14 Yanvar 18:5050

    Eyibdi...

    Cavab yaz
  • Anonim
    K.a · 14 Yanvar 19:2960

    Bir Elcin muellim deyil ki xosqedem zaur lap adamin abr heyasi gedib vallah insan heyati qururu ile oynayirlar yigisdilsa lap yaxsi olar

    Cavab yaz
  • Anonim
    CEZA · 14 Yanvar 22:5740

    Bu Seviyyesiz Biyabirci Vermislerin baqlanmasi üçün Bir tedbir görmek lazimdi efir Biyabirci Basqa hecne vermir bizlere Adı Muselman Olkesi olan Bu olkenin tv lerinde min hokkadan cixirlar Deyecek bezileri dar dusunceliyem dini Qatiram ortaya yox Hami Öz Secimide Azaddi Başını baqlayanda Başı aciq gezende Ama Ama lutlenib tvede willaq atmaq Efire yarasmayan Kuce soyusleri işletmek ne bilim Ancaq biyabircikiqi tebliq etmekle bu kanallar Hara gedir Seriyllarimizda Rayon camahatini Asaqlayirlar Yumor filimlerimiz Terbiyeden exlaqdan kenar Senzura hardadi niye tetbiq olunmur cemiyete terbiye öğretmek meqsedi güden Tv ler Ancaq Exlaqsizliqi tebliq edir Ay Cadu burdan geldi Ay Filankes soyundu Ay Filankes Boşandı Efirde Cinsi bilinmeyenleri Xod gedir bu nedir bele

    Cavab yaz
  • Anonim
    NurEma · 15 Yanvar 01:5710

    Kim qayği bəslərsə öz əməyinə, Özgəyə pis baxarsa o pisdir yenə_ NİZAMİ

    Cavab yaz
  • Anonim
    Mələy · 15 Yanvar 09:1420

    Elçin əlibəyli düzgün aparıcı deyil ancaq milləti təhqir və tənqid edir əslində bunlara o özü layiqdi....

    Cavab yaz
  • Anonim
    Azan sesi · 15 Yanvar 10:3630

    Esranur duz yazir

    Cavab yaz
    • Anonim
      Əsranur · 15 Yanvar 16:0200

      Təşəkkürlər:)

      Cavab yaz
  • Anonim
    Azan · 15 Yanvar 10:3910

    Elcın hemışe etıkadan kenardı

    Cavab yaz
  • Anonim
    canlı · 15 Yanvar 17:4611

    Reytinq xətrinə xatirinə ətrafını alçatmaq heç bir ölçüyə düz gəlmir.Halbuki bizim şou veriliş aparıcılarının əksəriyyəti retinqi belə qzanmaq istəyirlər. Onlara reytinq qazandıranlar da elə o ağıldadır,

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.