Cəmiyyət

TSİ Bakı Ali Neft Məktəbinin İSO standartlarına tam cavab verdiyini təsdiq edib

14 Yanvar 2019 13:22
0 Şərh     Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk Standartları İnstitutu (TSİ) Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə qiymətləndirmə keçiriblər. Bu məqsədlə TSİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Gülhan Yüzereroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti BANM-da olublar.

Milli.Az bildirir ki, bir neçə gün davam edən qiymətləndirmə zamanı nümayəndələr Ali Məktəbin müxtəlif şöbələri və kafedralarında olub, iş fəaliyyətini analiz ediblər.
Qiymətləndirmənin yekunu olaraq Ali Məktəbin malik olduğu İSO standartlarını təhsildə layiqincə yerinə yetirdiyi təsdiq edilmiş və bu standartların tətbiqinin davam etdirilməsi tövsiyyə edilmişdir. 

Qeyd edək ki, BANM Azərbaycanda ISO 9001 "Keyfiyyət idarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi", ISO 10002 "Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər" standartlarına sahib və həmin standartları uğurla tətbiq edən yeganə ali təhsil müəssisədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.