Cəmiyyət

Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - SƏBƏB

13 Yanvar 2019 15:34
14 Şərh     Baxış: 3 163

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin Azərbaycanda tənha insanların sayının artmasına və boşanmaların çoxalmasına təsir etməsindən narahatdır.  

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənir.

BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.

Milli.Az bildirir ki, tanınmış vəkil Şəfiqə Nağyevanın məsələ ilə bağlı modern.az-a açıqlamasına görə, hazırda Azərbaycanda boşanmaların sayı durmadan artır:

"Bu gün boşanmaq üçün müraciət edənlərin çoxu kişilərdir. Onların arasında gənc, orta, hətta yaşlı kişilər də var. Əsas səbəbdən də həyat yoldaşının telefona, sosial şəbəkələrə olan aludəliyidir. Əlinə telefon düşən qadın başlayır "Whatsapp"da, "Facebook"da başqa kişilərlə tanış olmağa, yazışmağa. Bu gün evi, ailəni dağıdan o qadınların yeni texnologiyadan düzgün istifadə etməməsi ciddi problemdir. Bəzi qadınlar hətta uşaqlarını da atıb internetdə tanış olduğu kişiyə qoşulub qaçır. Bir müddət sonra o kişi də ondan istədiyini alandan sonra qadın qalır ortalıqda. Hətta elələri var ki, əri evdə olmayanda yazışdığı kişiləri evinə çağırır, onunla intim münasibətdə olur. Lap əxlaqsızları var ki, bunu övladlarının gözünün qabağında edir. Belə dəhşətli məqama gəlib çıxmışıq".

Vəkil bildirib ki, xəyanətlə iddia qaldıranların nikahlarının davam etməsinin tərəfdarı deyil:

"Qadın xəyanəti, ərini, övladlarını qoyub qaçan qadınla bağlı iddiaların tez bir zamanda həllinə çalışıram. Həll deyəndə onların barışdırılmasını nəzərdə tutmuram. Heç vaxt bu cür qadınların bağışlanmasını istəmirəm. Heç vaxt barışıq mövqeyini tutmuram, həyatım boyu da tutmayacam. Çalışıram ki, uşaqlar qadından alınıb atalarına verilsin. Bilirsiniz, baxdığım işlərdə bəzi qadınların başqa kişilərlə elə biabırçı mesajları üzə çıxır ki... Bu haqda danışmaq belə olmur".

Hüquqşünasın sözlərinə görə, xəyanət edən qadınlar arasında kifayət qədər təhsilli, savadlıları da var:

"Demək olmaz ki, bu qadınların hamısı cahildir. Onların bəziləri hətta oxumuş, iş sahibidirlər. Amma ağıl yoxdur. Ailəni, övladını düşünmədən xəaynətə sürüklənirlər".

Milli.Az 

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Ququ · 13 Yanvar 15:37727

    Qadinlar Lap ecceb edirler xeyanet edirler ureyimnen tikan cixdi

    Cavab yaz
    • Anonim
      Heyat · 13 Yanvar 15:56234

      Heqiqeten de Ququsan.Yeni quw beyin.Daha hec ne yazmiram sen barede.Senin kimisine ya baga yarpagi ya da quzu qulagi.ferq etmez.

      Cavab yaz
      • Anonim
        Ququ · 13 Yanvar 16:39510

        Qus beyin kisilerdi

        Cavab yaz
      • Anonim
        Aygun · 13 Yanvar 18:4181

        Ay Ququ xanim xeyanet edir eceb edir deyirsiz he?kime ne olur sonda olan vallah en cox qadina olur.ilk once atasini bawini her yerde awagi edir.sonra ailesinin.uwaqlarinin.menim her zaman tek duwuncem atamin bawi hamini yaninda uca olsun.birde butun hereketlerime nezaret edirem sabah oglumun.qizimin adini.kecende demesinler ki.a onun anasi beledi.ya eledi.Gelekde menle .ailemizle bagli uwaqlarimda her zaman bawi uca olsun.

        Cavab yaz
    • Anonim
      kohne adam · 13 Yanvar 16:1881

      Ay ägilli"qadin xeyanet etmekle, eceb etmekle guya kime neyleyir,ne edir ozune edir.Mueyyen muddetden sonra ovlad da,aile de hami uz cevirir.Hec o gezdiyine de lazim olmur,cunki yasa dolur,yerini cavanlar tutur,bax onda,bedbext olanda,tek qalanda,damgasi sifetine vurulanda,urekden tikan cixmir,ureye bicaqlar sancilir,dizlerini qucaqlayib,insan kimi ole de bilmir......

      Cavab yaz
    • Anonim
      yəqin · 13 Yanvar 16:2263

      səndə gündə öz həyat yoldaşına xəyanət edənlərdən birisisən. Yoxsa belə danışmazdın.

      Cavab yaz
  • Anonim
    Vəkil · 13 Yanvar 15:5690

    Şəfiqə xanım Nagıyevanın toxundugu məsələ çox ciddi və acınacaqlı bir haldır. Belə xüsusiyyətlər azərbaycan qadınına xas olan cəhət deyil axı. Əfsuslar olsun ki bütün bunlar bu günümüzün reallıqlarıdır. Bəs buna səbəb nədir. Səbəblər çox ola bilər.Ancaq necə olursa olsun qadın öz ləyaqətini qoruyub saxlamaqı bacarmalıdır.

    Cavab yaz
  • Anonim
    ??? · 13 Yanvar 16:02141

    Bunun çoxunu kişi yaradır onun qohum eqrebesi yaradır Men 25 illik evliyem gelen günden qohum eqrebe Allah belalarını vermişer imkan vermir ysşamaga Düzdü men heç bir vaxt xeyanet etmerem Amma bezende ancaq özüme ölüm arzulayıram Acı göz insanlar mene çox mane olurlar

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 13 Yanvar 16:1272

    Bu vekil de qadinlari qaralayib Herden Xosqedemin verilisine beş üç deqiqe baxiram , cox kobud danışır danisanda, xususen de qadinlarla

    Cavab yaz
  • Anonim
    Dəniz · 13 Yanvar 16:54270

    Məncə özünə hörmət edən qadın xəyanət etməz.mənim fikrimcə qadln özünü bu qədər əl çatan ucuz tutmamalıdır.Ağıllı qadın onun bunun 5 ,3 dəqiqəlik şəhvət hissinə görə öz qadınlığını ayaqlar altına atmaz .Qadınlar özünüzü uca tutun!!!

    Cavab yaz
  • Anonim
    asi · 13 Yanvar 18:4391

    Şəfiyğa vəkil xanım bir tərəfli danışdı..Qadın xəyanət edirsə, bunun tərəf müqabili kişidi..Bir kişi evli qadınla münasibət qurursa, o da əxlaqsızın sağ qılçasıdı elə..qadın özünü son yola atıbsa, kişiyə nə düşüb başqa kişinin evinə gəlib arvadına tamah salır?? Bəlkə də dünyanın nadir ölkəsiyik ki, internet deyəndə ilk ağla gələn tezbazar birini tapıb onunla yazışmaq olur..Ölkəsinin himnini düz əməlli əzbər bilməyənlər internetə girən kimi yad kişilərə, qadınlara bir kitablıq söz ərməğan edir)...

    Cavab yaz
  • Anonim
    Qadın · 13 Yanvar 18:4750

    həyatında bir kişi görməlidir. Yox əgər kişiləri əlcək kimi geyib dəyişməyi xoşlayırsa Allah onun bəlasını versin . hec vaxt qadın özunu alcaltmamalıdır. Qadın əlcatmaz olmalıdır.

    Cavab yaz
  • Anonim
    gul · 13 Yanvar 22:5700

    allahi seven insan xeyanet etmez esasda qadin

    Cavab yaz
  • Anonim
    vuqar · 14 Yanvar 01:3810

    ALLAH HAMINIZA KÖMƏK OLSUN

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.