Cəmiyyət

Ceyran ovlayan şəxs saxlanıldı - FOTO

13 Yanvar 2019 12:16
1 Şərh     Baxış: 2 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Tülər kəndi ərazisində ölkəmizdə ovlanması qanunla qadağan olunmuş meşə fonduna aid bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun həmin kənd sakini Habil Muradov olduğu müəyyən edilib.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırmalar aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.