Cəmiyyət

“Mənim nənəmi azərbaycanlı ölümdən xilas edib...” - NAXÇIVANLA SƏRHƏDDƏ YAŞAYAN ERMƏNİLƏR

13 Yanvar 2019 10:09
7 Şərh     Baxış: 2 872

Ermənistanda, Azərbaycanla həmsərhəd yaşayış məntəqələrində ermənilər on illərdir ünsiyyətdə olmadıqları qonşuları ilə münasibətlər barədə nə düşünür? Onların sülh və müharibə haqda fikirləri necədir?

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, epress.am saytı Ermənistanın Naxçıvanla həmsərhəd kəndlərində yaşayan sakinlərlə sosioloji araşdırmalar mərkəzlərindən biri tərəfindən aparılmış söhbətin mətnini dərc edib. Söhbətdən məlum olur ki, rəyi soruşulan ermənilərin əksəriyyəti azərbaycanlılarla mehriban qonşuluq münasibətlərinin yenidən bərpa olunmasını arzu edirlər.

Məsələn, 35 yaşlı qadının dedikləri: "Onlarla söhbət etmək maraqlı olardı. Görəsən nə düşünürlər, axı onlar da adi insanlardır... Hansı valideyin istərdi ki, istər erməni olsun, istər azərbaycanlı, onun övladı müharibədə ölsün. Belə şey ola bilməz. Gənclərin ölümünü istəməkdən qeyri-insani heç nə ola bilməz. Əminəm ki, onlar da sülhə can atır. Onlar da sakit yaşamaq istərdi. Həyatdan həzz almaq lazımdır, müharibə eləmək yox..."

Yetkinlik yaşına çatmamış oğlan isə deyir ki, yaşlılar ona bir vaxtlar Naxçıvanla sərhəddə azərbaycan kəndləri ilə alış-veriş olduğunu danışıblar: "Hətta bizim evimizə türklər (azərbaycanlılar -red.) gəliblər, gecəni qalıblar. Bir dəfə türk mənim nənəmi ölümdən xilas edib: o dağda pencər yığarkən yıxılıb, türk isə onu xilas edib".

Yaşı 50-dən yuxarı olan qadın isə belə deyir: "Biz illərlə onlarla yan-yana yaşamışıq. Konkret olafraq bu ev türkün evidir. Onlarla yola gedirdik, yaşayırdıq. Ola bilsin indi bu yaxşı səslənmir, deyəcəklər ki, satqınsan, onları tərifləyirsən. Amma nə var onu demək lazımdır. Mənim valideyinlərim Gorusdan gəliblər, məktəbdən gələndə qonşumuz türk məni evə çağırırdı, qonaq edirdi. Bu türk tərəfdən insani münasibət idi".

"O vaxt ermənilər və türklər qardaş idi. Onlar nəsə almağa əsasən bizim kəndə gəlirdilər. Buradan ət alıb aparırdılar. Özləri tərəvəz satırdılar. Və satmağa Cermuka da gedirdilər, Yerevana da. Bizim kənddən keçib gedirdilər, çünki yol qısa idi"-bunları isə 36-40 yaşlarında qadın deyir.

50 yaşlarında kişi isə deyir ki, o sərhədin qarşı tərəfində özü kimi sadə adamları heç vaxt günahlandıra bilməz. Çünki elə hal olub ki, onlara 10 metrə qədər yaxınlaşıb, hətta silahlı olublar, amma heç nə baş verməyib. "Mənim kimi o da torpaqla məşğuldur, heyvan saxlayır. Məsələni bizim hökumət nizamlamalıdır, mənim Əhmədlə, Məmmədlə nə işim var? Heç bir. Mən sülh istəyirəm. 200-300 metr o yana getsəniz görərsiniz ki, bizimkilər onların postlarının lap yaxınlığında dayanıb, silahlı əsgərin burnunun ucunda işləyir. Amma heç nə baş vermir".

Milli.Az

Şərh yaz:

7 Şərh:

  • Anonim
    sənin · 13 Yanvar 10:3561

    nənələrin indi desinlər ki əsirlikdə saxladıqınız bizim qız gəlinləri , girovları buraxsınlar da azadlıqa, niyə demirlər ? özunuzə nəsə lazım olanda yaltaqlanırsınız . Bizlər hec vaxt unutmamalıyıq sizlərin alcaqlıqını , rəzilliklərinizi. həşaratlar , bizim ən böyük duşmənimiz sizsiniz erməni dıqaları, haykanuşları.

    Cavab yaz
  • Anonim
    cabir · 13 Yanvar 11:0451

    Amma biri demir ki, biz günahkarıq,Azərbaycanın torpaqlarını işğal etmişik.Sözə bax:"Onlar da adi insanlardır".Güya biz vəhşilik etmişik!Qeyri-adi insanlarıq.Şərəfsizlər.Belə tör-töküntülərlə heç vaxt barışmaq olmaz.

    Cavab yaz
  • Anonim
    Ə · 13 Yanvar 12:2230

    bu ermənilərdə hər cür sifət var. Onların səmimiliyinə heç vaxt inanmaq olmaz.

    Cavab yaz
  • Anonim
    Аkif · 13 Yanvar 12:2830

    Bic haylar kokunuz kesilsin murdar millet soz tapmiram demeye.

    Cavab yaz
  • Anonim
    Asif · 13 Yanvar 13:0941

    Bu mundarlara uz versen,gelib yuxari basda oturacaqlar.Cox hiylegar milletdir. Sulhden dem vururlar,ozlerini, lazim olanda gic yerine qoymagi bacarirlar.Hamisida eyni cumleni tutuqusu kimi tekrar edir,kim isteyer ovladi muharibede olsun,bes muharibeni basladan davam etdiren kimi ovladi ay ibne?

    Cavab yaz
  • Anonim
    cavab · 13 Yanvar 13:2741

    onlar eksterimist yox adi kend insanlaridi sozlerinde heqiqet var Ne onlar nede biz bala olumun istemirikAxi dinc ehalinin gunahi yoxdu Bize o gulleleri tus eden alcaqlardadi gunah Ermeni lap redd olsun bes icimizde tebliqat aparan ermeniperest unsurler?Onlar dusmenden hec de geri qalmirlarArtiq yutuba diksinirem baxanda

    Cavab yaz
  • Anonim
    Kəmfürsət · 13 Yanvar 14:0431

    Necə ki ermənistanda bir nəfər də azərbaycanlı yoxdu azərbaycan torpaqlarında da bir nəfər də erməni qalmamalıdır.Bu mundar millətdən bir dəfəlik yaxa qurtarmaq üçün çarə ancaq budu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.