Cəmiyyət

“Yanvar ilk, may çiçək, avqust biçin ayı adlandırılsın” - Deputat Tahir Kərimlidən təklif

12 Yanvar 2019 20:48
33 Şərh     Baxış: 2 674

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli təqvim aylarına milli adların verilməsini təklif edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Tahir Kərimli özü məlumat verib.

Deputat bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi gedib:

"Hesab edirəm ki, ana dilimizin ictimai, məişət və ədəbi həyatımızda daha üstün yer tutmasını təmin etməliyik. Övladlarımıza mümkün qədər daha çox milli adlar qoyulmalı, milli soyad sonluqları seçilməlidir.  Yaradılmış hüquqi şəxslərə - müəssisə və məkanlara milli adlar verilməlidir.  Bunun qanunvericilikdə nəzərdə tutulması da mümkündür".

Deputat bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin, qarşılaşa biləcəyimiz digər çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarına aşağıdakı milli adları təklif edib:

1. İlk ay (yanvar)

2. Soyuq (çillə ay) ay (fevral)

3. Boz ay (mart)

4. Yağış ayı (aprel)

5. Çiçək ayı (may)

6. Əkin ayı (iyun)

7. İsti ay (iyul)

8. Biçin ayı (avqust)

9. Məhsul ayı (sentyabr)

10. Qızıl ay (oktyabr)

11. Xəzəl ayı (noyabr)

12. Son ay (dekabr)

"Sadə və anlaşılan bu sözlər 100 illərlə xalq dilində işlənib. Və mənasını hamı anlayır. Ukraynalılar "Serpen",  "Jovtnya", "Listopada" ay adları işlətməklə özlərinə böyük hörmət aşılatdıra biliblər. Biz də ən azı məişət və ədəbiyyatda bu adlardan istifadə edə bilərik".

Deputat əlavə edbi ki, bizdən asılı olacaq qədər dilimizdəki əcnəbi sözləri çevirib işlədə bilərik:

"Məsələn, "nəzərinizə çatdırırıq" sözü əvəzinə "baxışınıza veririk", "təklif edirəm" sözü əvəzinə "irəli sürürəm". "Feil" sözü əvəzinə "hərəkət", "və" bağlayıcısı əvəzinə "ilə" və s. yüzlərlə belə sözləri öz dilimizdə anlaşılan şəkildə işlədə bilərik".

Tahir Kərimli həmçinin qeyd edib ki, milli identifikasiyamızı təsdiq etmək üçün geyim, mətbəx və mədəni həyatımızda özünəməxsusluğu qoruyan atributlarımıza vətəndaşlıq hüququ qazandırmalıyıq.

Deputat eyni zamanda insanları bu təşəbbüsə qoşulmağa və dəstəkləməyə çağırırıb.

Milli.Az

loading...

Şərh yaz:

33 Şərh:

  • Anonim
    aaa · 12 Yanvar 20:55121

    Bütün problemlər qurtarıb, qalıb bircə aylar.

    Cavab yaz
  • Anonim
    777 · 12 Yanvar 21:10130

    Daha vacib meselelerin helli yollarini axtarin, meselen unun bir kisesi 30 manata çatir, is yerleri çatismir ve s.

    Cavab yaz
  • Anonim
    .... · 12 Yanvar 21:2970

    Hansi anadan olmusan ekin ayinda))))

    Cavab yaz
  • Anonim
    Nn · 12 Yanvar 21:3480

    Deputatlar milletin problemini hell etseler yaxwi olar, daha aylara ad qoydu iwi ile mewqul olmasinlar.

    Cavab yaz
  • Anonim
    Daglı · 12 Yanvar 21:35190

    Eh Tahir müəllim. Ermənilər bizim dədə-baba yurdumuzun adlarını kənd-kənd,küçə-küçə dəyişir, Siz də ayların adlarında qurdalanırsız.

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 12 Yanvar 21:50100

    Bekarciliqdi deyesen Olkede yazmaqla bitmeyen o qeder problem var ki, onlari dile getirmek lazimdi

    Cavab yaz
  • Anonim
    555 · 12 Yanvar 22:0270

    Pensiyalar verilmiyibeeee hele bu neden daniwir. Bu hemen depdatdiki himni aranjiman etdirmey seslendirib

    Cavab yaz
  • Anonim
    mən · 12 Yanvar 22:1180

    onda sizin adınızı da tərcümə edib təmiz, və ya təmizlik( təharət) olsun

    Cavab yaz
  • Anonim
    АLEKS❤ · 12 Yanvar 22:14100

    Çox acınacaqlı haldırki qlobal rifah məsələləri qalıb qıraqda görün nəyi müzakirə etmək istiyirlər.axı o məsələlərin də həllinin vaxtı var.hal hazırda itirilmiş torpaqları camaatın güzəranını müzakirə etmək lazımdı.nəinki 5ci 10cu məsələni....ALEKS@

    Cavab yaz
  • Anonim
    asi · 12 Yanvar 22:2987

    Dama dama göl olar..Mən ideyanı bəyəndim..Amma bu dəyişikliyi xalqın səsverməsinə çıxarmaq lazımdır..Ayların adı dəyişərsə, buna xalq arasında daha uyğun olan adlar seçilsin, kiminsə şəxsi variantı yox..Yəni heç olmasa, heç bir ictimai, siyasi, qlobal, maddi mənası olmayan belə işlərdə xalqın fikrini soruşunda)..

    Cavab yaz
  • Anonim
    yerli · 12 Yanvar 22:3280

    dunya kosmosu feth edir. yeni yeni texnologiyalar icad edir. surucusuz avtomobil yaradir biz ise may bele geldi ay bele getdi mence bir az ciddi islerle mesqul olsaq bizlerde bir terefe cixariq.

    Cavab yaz
  • Anonim
    asi · 12 Yanvar 22:3485

    Davamı..Ən yaxşısı isə, ayın adı dəyişəcəksə, o ayda Azərbaycan tarixində hansısa tarixi bir hadisə baş veribsə, ya hansısa rarixi şəxsiyyət anadan olubsa, ona uyğun dəyişsin..Məsəl Aprel ayında olan müharibənin şəhidlərin xatirəsinə, Rəsulzadənin xatirəsinə tutaqki Əmin ayı.və.s edin.Daha əkin biçin qızıl gümüş nədir))..

    Cavab yaz
    • Anonim
      Daglı · 12 Yanvar 23:5461

      Arxayın ola bilərsən,təklifin mütləq nəzərə alınacaq)

      Cavab yaz
      • Anonim
        asi · 13 Yanvar 11:1650

        Axşam siyahı tutmuşam, xəbər eləyən olsa, təkliflər planımı təqdim edərəm))..Ümid edirəm ki, təklifimin tarixi şəxsiyyət hissəsini elə 18-də saxlayarlar)..

        Cavab yaz
        • Anonim
          Daglı · 13 Yanvar 12:4700

          Salam asi.Bizimkilərdən hansı aya salmısan?)

          Cavab yaz
        • Anonim
          asi · 13 Yanvar 14:1910

          Salam).Biraz açıqlama versən, dəqiqləşdirə bilərəm..Aratta, Turikki, Manna, Ağqoyunlu, Qaraqoyunlu, Şirvanşahlar, Səfəvilər, yanvardan başlayaraq ardıcıllıqda qeyd etmək olar).Belə işlərdə Variantım çox olur, uyğun birindən köməkliyimi əsirgəmərəm))..

          Cavab yaz
          • Anonim
            Daglı · 13 Yanvar 14:4520

            Vətən üçün döyüşüb,Vətəndə məzarı olmayanların heç olmasa birinin adını salsan təqvimə,ədalətli olardı.

            Cavab yaz
    • Anonim
      Aloye · 13 Yanvar 07:3520

      Xalqın keçmişini indiki gələcək halını öyrənmək ad qoymaq gün qoymaqla deyil.öyrənmək isyəyən hər yerdən öyrənər .bu bilirsiz nəyə bənzəyir.belə şeylər insanların vaxtına girir yemək bişənə yaxın üstünə soyuq su töküb deyirsiz gözləyin bişsin

      Cavab yaz
      • Anonim
        asi · 13 Yanvar 11:1340

        Olmayan yeməyə elə su qaynatmaqla başlamaq da bir işdir).. Əgər ki, planda ayın adlarını dəyişdirmək varsa, onda ən yaxşısı ideya verməkdi, nəinki etiraz etmək..Çünki, etiraza heç kim məhəl qoymayacaq məqsəd varsa).. Şərhçilər burda lap 1 ay oturub yazsın ki, ciddi işlə məşğul olun, nə isə dəyişən deyil).. Bunu yazanların hamısı bilir, amma yenə də yazırlar)..

        Cavab yaz
        • Anonim
          Aloye · 13 Yanvar 12:5400

          Düz sözə nə deyəsən

          Cavab yaz
  • Anonim
    Sinan · 13 Yanvar 01:1403

    Yaxşı teklifdir!

    Cavab yaz
  • Anonim
    Sinan · 13 Yanvar 01:1904

    Slavyan xalqlarının bəziləri belə edib.Hesab edirəm türk xalqları da belə edə bilər.

    Cavab yaz
  • Anonim
    LADY- L · 13 Yanvar 01:24170

    " Baxishiniza verirem " ki, milletin daha vacib problemleri ile meshgul olmagi " ireli suren " hansisa deputata ne " ilk ayda " ne de ki " son ayda " rast gelinmemishdir )))

    Cavab yaz
    • Anonim
      444 · 13 Yanvar 13:0610

      yaman qeliz cumle oldu:)

      Cavab yaz
      • Anonim
        LADY- L · 13 Yanvar 13:5830

        Tahir Kerimlinin " slovarindan " istifade eleyerek oxumaq lazimdir )

        Cavab yaz
        • Anonim
          Вернее · 13 Yanvar 14:2800

          Не словарь, а lügət.

          Cavab yaz
          • Anonim
            LADY- L · 13 Yanvar 15:0600

            словарь- rus sozudur, luget -ereb . Alinma sozun alinma sozle evez olunmasi sizi ele de cox narahat elememelidi )

            Cavab yaz
            • Anonim
              Baş üstə · 13 Yanvar 15:5500

              Necə deyirsiz,elə də olsun

            • Anonim
              LADY- L · 13 Yanvar 16:2700

              Bashiniz hemishe var olsun !

  • Anonim
    Aloye · 13 Yanvar 07:1940

    Bekarçılıqdı aşıgın sözü qurtaranda dalay-dalay-deyər.

    Cavab yaz
  • Anonim
    .... · 13 Yanvar 08:5140

    Bu bilirsiz neye oxsadi.yashli adamdam sorusanda ne vaxt dunyaya gelmisen,deyir men dogulanda qar yagirdi))))

    Cavab yaz
  • Anonim
    M · 13 Yanvar 09:1930

    Burda deyiblər "Odu söndürüb, külü ilə oynayır". Bəlkə daha ciddi məsələlərdən danışasınız, hörmətli millət vəkilləri.... Sizi qınamaq da olmur, axı siz bizim kimi 300-400 manata işləyib, ayı aya calaq eləmirsiz....

    Cavab yaz
  • Anonim
    Zorro · 13 Yanvar 09:5420

    Senden sorusan oldu ayin necəsidi? Sənin işin gücün yoxdu ade?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.