Cəmiyyət

Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxs narazıdır

12 Yanvar 2019 19:28
1 Şərh     Baxış: 495

Bakıda bacısını qətlə yetirən Elşad Davudovun barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 16-na təyin edilib.

Şikayət hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində E.Davudovun apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ququ · 13 Yanvar 06:3700

    Sen bacivi niye oldurursen isin pesen yoxdu? Get puluvu qazan bele manyak qardaslar bacisina tamah salir ozunnen basqa kisinin eli deymesin ona gore sonrada hirsli reaksiyasini gosterif oldurur fakt budu bele qardaslarin pisxologiyasini bilirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.