Cəmiyyət

“1962-1972-ci illəri yadımıza salacaq” - Azərbaycan üçün qorxulu proqnoz

12 Yanvar 2019 17:50
12 Şərh     Baxış: 14 394

Ukraynada son 1 ay ərzində kəskin soyuq havalar nəticəsində 64 nəfər dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən il dekabrın 12-dən bu il yanvarın 9-na qədər 64 nəfərin öldüyü bildirilib. Nazirlik qeyd edib ki, 12 dekabr-9 yanvar aralığında 1037 nəfər həddindən artıq soyuq və donvurmaya görə həkimə müraciət edib, onlardan 955-i xəstəxanaya yerləşdirilib. 
Son məlumatlara görə, Avropada da soyuq hava 17 nəfərin ölümüylə nəticələnib. Mütəxəssislər bildirir ki, tədricən qlobal soyuqlaşma baş verir. 

Belə olduğu təqdirdə soyuq hava kütləsinin Azərbaycana gəlmə ehtimalı varmı? 
Milli.Az bildirir ki, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov cebhe.info-ya açıqlamasında deyib ki, Avropada da hava şəraiti ölümlərə səbəb olub: 



"Almaniya və digər ölkələrdə 3 metr hündürlüyündə qar yağır. Ukraynada soyuq hava kütləsi insanların ölümü ilə nəticələnir. Rusiyada 40-45 dərəcə şaxta var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də deyir ki, qlobal istiləşməyə doğru gedirik. Hansı qlobal istilikdən danışırlar? Azərbaycana qar yağmayıb deyə, bu, o demək deyil ki, havalar isinir. Yanvarın sonu və fevralın əvvələrində Azərbaycanda qar yağma ehtimalı böyükdür. Qar yağacaq və 1962-1972-ci illəri yada salacaq. Nəqliyyat zəif işləyəcək, yollar da buz bağlanacaq. Ən azı 2-5 ilə bu soyuqlar Azərbaycana qayıdacaq. Dünyada qlobal istiləşmə yoxdur, qlobal fırıldaqçılıq var. Yadınızdadırsa, 2012-ci ilin dekabrın 21-də guya dünyanın sonu idi. O vaxt da oyun oynadılar. Əgər dünyanın sonudursa və mən şam almışamsa, harada yandıracağam? İndi fırıldaqçıların dünyasıdır". 

Milli.Az

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    18.04 · 12 Yanvar 18:06111

    Azerbaycanda qis hemise quru kecib. Guya birinci ildir ki, qar yagmir?

    Cavab yaz
  • Anonim
    Agdamlı · 12 Yanvar 18:0831

    Gözdəyəkdə 5 il

    Cavab yaz
  • Anonim
    Elwad · 12 Yanvar 18:28172

    Telman müellim vallah 10 ildi ewidirem deyirsiniz qlobal soyuqlar olacaq amma tam eksi olur. Azerbaycana lazim deyile ele soyuqlar olsun millet yaziqdi. Sadece 1 - 2 defe qar yagsin xestelikler,mikroblar mehv olsa besdir. Sizin sadaladiginiz dövletler arktik zonaya yaxin olanlardi. Bizim Respublikamizsa imamlar, seyidler, öyliyalar diyaridi. Allah hemiwe bizleri qoruyub,inwallah qoruyarda.

    Cavab yaz
  • Anonim
    Roya · 12 Yanvar 18:3881

    Axrinci cumlede cox haqlidi Eger dunyanin sonudursa sami neye gore alirlar?olenden sonra kime lazimdi o sam.

    Cavab yaz
  • Anonim
    Elwada · 12 Yanvar 18:4640

    Sen nece iyi kalpli insansan canim menim))) qar yagsa gel bizim mehelleye nolursun)))))

    Cavab yaz
  • Anonim
    Nardaşa · 12 Yanvar 19:3040

    Çox hörmətli şərhçilər ,Telman müəllim qar yağdırandır ?Proqnozdur ,deyir də ,tutar qatıq ,tutmaz ayran ...

    Cavab yaz
    • Anonim
      xumar · 12 Yanvar 23:0430

      2012 ci ilde ne qeder magazalarda alinmayan sam var idi hamisi getdi

      Cavab yaz
  • Anonim
    Xəyyam · 12 Yanvar 23:2610

    Ölmə eşşəyim yaz gələr yonca bitər!

    Cavab yaz
  • Anonim
    Sabadsız · 13 Yanvar 10:4701

    olmayın . İmamlar , seyidlər yaqdırır qarı?

    Cavab yaz
  • Anonim
    Murad · 13 Yanvar 13:1220

    Qarin yagmaginin bir nece sebebi var. 1.Azor maksimu.Yuksek tezyiq sahesi zeyifdi.Bu tezyiq sahesi avropaya daxil olmalidiki. Soyuq havalar biz terefe yonelisin werqe terfef surwsun. 2 ci Dediklerimnen elaqeder havanin dovru hereketi.cenub kuleklerinin ustunluyu. 3 cusu ise sibir antisklonun nisbeten daha simalda yerlesmesi.bizim eraziye tesir gostere bilmesi. Amma vezyet deyise biler.

    Cavab yaz
  • Anonim
    Lalə · 13 Yanvar 15:2720

    Demək lazımdırki ay Telman müəllim 1962 ci ili biz nə bilək heç bizim atamız,anamızda olmamışdı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.