Cəmiyyət

İŞİD-ə qoşulan azərbaycanlı Ali Məhkəməyə müraciət etdi

12 Yanvar 2019 15:47
1 Şərh     Baxış: 672

İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlı - Nicat Əhmədovun barəsində olan hökmdən kassasiya şikayəti verib.

Milli.Az report-a istinadən bildirir ki, Ali Məhkəməyə müraciət edən N.Əhmədov cəzasının yüngülləşdirilməsini istəyir.

Kassasiya şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, N.Əhmədov Suriya və İraqda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2015-ci il iyunun 21-də Türkiyəyə, oradan Suriyaya gedib.

O, Suriya, İraq və Azərbaycanın qanunvericilikləri ilə nəzərdə tutulmayan "İraq-Şam İslam Dövləti" - İŞİD adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçməkdə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan mahkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    MUSLIM · 12 Yanvar 18:4300

    Mene bu ISID ciler catmirda Burdan gedende hami kafirdi deyib geddiler Olke Taqutdu dediler MEHKEMELR TAQUTDU DEDILER INDIDE QAYIDIB galib Taqut dediyi Mehkemey muraciyet edilerki bizim Cezamizi azaldin qeribe insanlar vare

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.