Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyü yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az