Cəmiyyət

Sürücülərə qarşı reyd: 7 minə yaxın protokol yazıldı - FOTO

11 Yanvar 2019 20:29
1 Şərh     Baxış: 1 830

Qubada qış aylarında hava şəraitinin qarlı və yağışlı keçməsi ilə əlaqədar qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə reydlər keçirilir, spirtli içki qəbul edən sürücülər saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülür.

Milli.Az bildirir ki, DYPB-nin rəisi, polis mayoru Valeh Cavadov Trend-ə bildirib ki, 2018-ci ildə rayon ərazisində qayda pozan sürücülər barəsində 6755 inzibati protokol tərtib edilib. Bunlardan 128-i nəqliyyat vasitəsini sərxoş halda idarə edənlər, 153-ü isə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər barəsindədir. Bundan əlavə manevr qaydalarını pozan sürücülər barəsində 319, ötmə qaydalarını pozan 156 və əks hərəkət zolağına çıxaraq hərəkəti davam etdirən 159 protokol tərtib edilib. Rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 protokol tərtib olunub və Quba rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib. Həmçinin yollarda müəyyən edilmiş piyada keçidləri və zolaqlarından istifadə etməyərək həyatlarını real təhlükə altına atan şəxslərlə fərdi söhbət aparılıb, 278-i barəsində protokol tərtib edilib.

Bölmə rəisi bildirib ki, qeyd olunan müddətdə Quba rayonu ərazisində 27 yol nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında dünyasını dəyişənlərin sayında azalma olduğunu deyən polis mayoru qeyd edib ki, 2018-ci ildə baş verən hadisələrdə 3 nəfər həyatını itirib ki, bu da əvvəlki illə müqayisədə 2 dəfədən də azdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Təmkin Səbirli · 11 Yanvar 21:4100

    Sovetskidə4cü paraleldə Vergi cinayətləri idarəsini tikiblər.Duracaq tikməyiblər .Əməkdaşlar maşinlarini ətraf ərazilərdə saxlayir sakinlər maşin saxlamağa yer tapmir.Bina tikəndə zirzəmisində 2mərtəbəli100maşinliq yer tiksəydilər öz əməkdaşlari və qonaqlari orda maşin saxlayar narahatliq olmazdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.