Cəmiyyət

Bakıda "donuz qripi" fırıldaqçıları peyda olub

10 Yanvar 2019 23:02
0 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda "donuz qripi" virusunun olmasından istifadə edən bəzi şəxslər artıq Bakıda fırıldaqçılığa başlayıblar.

Sakinlərə yaxınlaşaraq binaların bloklarında "donuz qripi"nə qarşı dezinfeksiya apardıqlarını bildirərək onlardan pul alıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, həmin şəxslər paytaxtın Xətai, Suraxanı və Sabunçu rayonlarında belə bir addım atıblar. Çəkiliş apardığımız Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V və D massivlərində yaşayan sakinlər bildirdilər ki, özlərini təqdim etməyən həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edib, bunun qarşılığında isə 2 manat pul istəyiblər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə bildirdi ki, həm mərkəzin özündə, həm də rayonlarda onların mərkəzi tərəfindən dezinfeksiya işləri aparılmır. Yalnız rayonlarda prodezinfeksiya idarələri Mənzil Komunal Təsərrüfatı birlikləri ilə müqavilə əsasında bağça, məktəb və xəstəxanalarda bu işləri apara bilərlər. Araşdırma zamanı isə məlum olub ki, həmin idarələr tərəfindən yaxın vaxtlarda heç bir dezinfeksiya işləri aparılmayıb.

Vətəndaşlara tövsiyə olunur ki, bu cür halla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.