Cəmiyyət

Bakıda qadını hipnoz edərək 4300 manatını əlindən aldılar

10 Yanvar 2019 21:51
2 Şərh     Baxış: 854

Dilənmək adı ilə girdikləri evdə ailə üzvlərini hipnoz vəziyyətinə salıb onlara qarşı soyğunçuluq edirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, son günlər bu cür cinayətlərə xüsusən də paytaxtda tez-tez rast gəlinir.

Belə bir cinayətə məruz qalan şəxslərdən biri paytaxtın Xətai rayonu, Naximov küçəsində yaşayan Rühəngiz Əhmədzadədir. Onun sözlərinə görə, bir neçə gün əvvəl iki qadın dilənmək adı ilə evinin qapısını döyüb. R. Əhmədzadə onlara müəyyən məbləğdə pul verərək kömək edib. Söhbət əsnasında onlar qadına həm də falçı olduqlarını və yaxın vaxtlarda həmin evdə xoşagəlməz hadisə baş verəcəyini deyərək mənzilə daxil olublar.

Həmin vaxt fırıldaqçı qadınlar ev sahibinə qapını içəridən bağlamağı da tapşırıblar ki, onlara heç kim mane olmasın. Rühəngiz Əhmədzadəni hipnoz etdikdən sonra deyiblər ki, onun qızıllarını ziyarətgaha aparıb təxminən 1,5 saatdan sonra özünə qaytaracaqlar.

Zərərçəkmiş deyir ki, qadınlar getdikdən yarım saat sonra hipnozdan ayılıb və təxminən 4,3 min manat məbləğində ziyana düşdüyünü görüb. İlk olaraq o, bu barədə ailə üzvlərinə xəbər verib.

Qadın özünə gəldikdən bir az sonra polisə də məlumat verib. Xətai rayon Polis İdarəsindən bildirilib ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    KKK · 10 Yanvar 21:5730

    Men ozum de sahidi olmusam o firildaqcilarin. Sapa ufurub guya duyunleri acirlar. Emelli basli fokusnikdiler .

    Cavab yaz
  • Anonim
    Bakili · 10 Yanvar 23:3620

    Onlari eve buraxanda agil yoxdu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.