Cəmiyyət

Danimarkada yaşayan soydaşımızın adı bu ölkənin 2019-ci ilin təqviminə salınıb - FOTO

10 Yanvar 2019 20:39
0 Şərh     Baxış: 1 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, danimarkalılara Azərbaycan musiqisini təbliğ edən Kəmalə Hüseynovanın şəkli "Mənim yeni danimarkalı rəfiqəm" layihəsi çərçivəsində Danimarkanın 2019-ci ilin təqviminə salınıb.

Bu barədə Milli.Az-a məlumat verən jurnalist Elnur Eltürk bildirib ki, layihənin təşkilatçısı və ideyası Dünya Qadınlar Cəmiyyətinin rəhbəri Alma Andersendir. Kəmalə xanım Danimarkada Azərbaycan musiqisinin, milli-mənəvi dəyərlərinin təbliğatında xüsusi rol oynayır.

Kəmalə Hüseynova uğurlu layihə haqqında ətraflı məlumat verib: "Kopenhagendə fəaliyyət göstərən Dünya Qadınlar Cəmiyyətinin üzvüyəm. Bu cəmiyyət xətti ilə çox tədbirlərimiz olur. Cəmiyyətə üzv olan qadınlar fərqli ölkələrdəndir. Təbii ki, danimarkalı qadınlar da çoxdur. Bu da bizə öz ölkəmizi təmsil etməyə, mədəniyyət və tariximizi başqa Avropa ölkələrinin nümayəndələrinə, o cümlədən danimarkalilara tanıtmağa imkan yaradır. Həmçinin Novruz bayramı, danimarkalıların yeni illəri təşkil edilir. Öz adət-ənənələrimizdən danışır, musiqimizi və rəqslərimizi ifa edirdik. Həmçinin milli mətbəximizdən nümunələr də təqdim edirdik. Bu isə yeni bir layihənin təklif almasına səbəb oldu.

İçimizdən 12 nəfər müxtəlif ölkələrdən olan qadınlar seçildi. Hər kəs özünün danimarkalı rəfiqəsini layihəyə daxil etdi. Mən də layihəyə Anne Katrina Tove Brix adlı rəfiqəmi dəvət etmişdim. O, musiqiçi və aktrisadır. Həm də ona pianonına dərsləri keçmişəm və buradan da dostluğumuz yaranıb. İkimiz də çox emosional olduğumuz üçün həmən dostluğumuz yarandı. Çox vaxt danimarkalılar çox emosional deyil, bir az quru və soyuqqanlıdırlar. Məsələn, bir tədbirdə hər ölkə qadını öz milli geyimini geyib podiumda ondan danışır və milli ornamentlərini göstərir. Danimarkalı jurnalist Hanne Svendborq bizimlə ayrı-ayır görüşlər keçirib, dostluq tarixçəmizi yazdı. Ayrı-ayrılıqda iş yerimizə gəlib müşahidələr aparır, evdə görüşərək ev həyatımızı izləyirdi. Sonra gördüklərini qələmə alırdı. O, iki fərqli mədəniyyətləri olan ölkə qadınları haqqında kiçik hekayələr qələmə alırdı. Professional fotoqraf Daniel Tuladhar fotolar çəkirdi. Axırda ortaya belə bir maraqlı lahiyə çıxdı".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.