Cəmiyyət

Yasamal və Sumqayıtda qanunsuz kəsim məntəqələrində reyd keçirilib - FOTO

10 Yanvar 2019 17:36
2 Şərh     Baxış: 585

Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Struktur bölmələrinin əməkdaşları ilə birlikdə paytaxtın Yasamal rayonunda və Sumqayıt şəhərində qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirilib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, reyd zamanı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb. Eyni zamanda və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    /// · 10 Yanvar 17:5900

    Yaziq et kesen ozunden basqa 8 bas aile saxliyir.Here elinde bir kitab dusur bazara

    Cavab yaz
  • Anonim
    Bakili · 10 Yanvar 19:1810

    Yadinizdadirsa yasamalda ətçilər deyilən yer var idi. Antisanitariya baş alib gedirdi həmən yerdə. İfunət iyindən ordan kecmək olmurdu. Çünki inəyi qoyunu kəsib içalatini ora atirdilar. Ama indi şükür elə yerlər yoxdur. Sadəcə bəzi vicdansizlar var cəmək yani ölmüş heyvan ətləri satirlar millətə. Bax buda hərşeyi korlayir. Qurunun oduna yaşda yanir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.