Cəmiyyət

Ufalıların əksəriyyəti Yeni il tətilini Azərbaycanda keçirib

11 Yanvar 2019 01:30
0 Şərh     Baxış: 918

Başqırdıstanın paytaxtı Ufa şəhərinin əksər sakinləri Yeni il tətilində istirahət etmək üçün Moskva və Azərbaycanı seçiblər. Bu barədə dəmir yolu və aviabiletlərin satışı xidməti "OZON.travel" məlumat verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Başqırdıstan paytaxtında ötən mövsümlə müqayisədə Azərbaycana səyahət etmək istəyənlərin sayı dörd dəfə artıb. Bu istiqamət xarici ölkələr arasında liderə çevrilib. Analitiklər bildirirlər ki, Azərbaycanla yanaşı, ufalılar bayram günlərini Moskva və Sankt-Peterburqda keçirməyə üstünlük veriblər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.