Cəmiyyət

DİQQƏT: Bu maşınlar dövriyyədən çıxarılacaq - VİDEO - FOTO

10 Yanvar 2019 18:06
3 Şərh     Baxış: 3 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda ölkə ərazisindəki köhnəlmiş və təhlükəsizlik səviyyəsi aşağı olan avtomobillərin dövriyyədən çıxarılması nəzərdə tutulub. Bu gün kifayət qədər təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələri yol hərəkəti iştirakçısıdır.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Xaçmaz sakin Mirzə Qəmbərov bildirir ki, idarə etdiyi "Moskviç" markalı avtomobil onu qane edir: "Pis maşın deyil. Keyfiyyəti də keyfiyyətlidir. Yükü də bununla aparıram. Rahat maşındır".

Adətən belə avtomobillərdə nasazlıq yarananda ustalar digər müasir avtomabillərin uyğun gələn ehtiyat hissələrini köhnəsinin təmiri prosesində istifadə edir. Bu isə texniki cəhətdən çox təhlükəlidir.

Ekspertlər bildirir ki, köhnə avtomobillər müasirlərindən fərqlidir. Onların əyləci, sükanı, manevr etmə sistemi köhnnə dövrün tələblərinə uyğun hazırlanıb. Bu gün isə yollarda nəqliyyat vasitəsinin hərəkətinin daha sürətli və çevik olması şərtdir.

Sözügedən dövlət proqramına əsasən, nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DİQQƏT: Bu maşınlar dövriyyədən çıxarılacaq

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.