Cəmiyyət

Xidmət rəisi sahibkarlara cavab verdi

9 Yanvar 2019 18:27
0 Şərh     Baxış: 677

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müvafiq icazələrin alınmasında (sənədlərin təqdim edilməsi, götürülməsi və sair) nümayəndə vasitəsilə təmsil olunmaqla bağlı sahibkarlıq subyektləri və hüquqi yardım şirkətləri tərəfindən ünvanlanan sualları cavablandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, V.Hüseynov bildirib ki, sahibkarlıq fəaliyyəti subyektləri (şirkətlər və sair) müvafiq icazələrin alınması ilə bağlı həm özləri, həm də nümayəndə vasitəsilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Nümayəndələrdən icazələrin alınması üçün sənədləri təqdim edərkən şəxsiyyətlərini təsdiq edən sənədi və etibarnaməni təqdim etmələri xahiş olunur.

Qurum rəhbəri qeyd edib ki, sahibkarı xidmət müqaviləsi əsasında hüquqi yardım şirkəti təmsil etdikdə həmin müqavilənin də təqdim olunması istənilir.

V.Hüseynovun sözlərinə görə, nümayəndələrin mütləq qaydada sahibkarların işçisi olması və ya məcburi qaydada qeydiyyatdan keçməsi ilə bağlı tələblər yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.