Cəmiyyət

“Reklamların hazırlanması işində dilçi mütəxəssislərin iştirakı mütləqdir”

9 Yanvar 2019 17:54
0 Şərh     Baxış: 298

Reklam hazırlayanlar dilçi mütəxəssis deyillər. Bu səbəbdən də reklamların hazırlanması işində dilçi mütəxəssislərin iştirak etməsi mütləqdir.

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşı Rasim Heydərovdeyib.

O bildirib ki, reklam hazırlamaq üçün müxtəlif sahələrdən şəxslər dəvət olunur: "Həmin mütəxəssislərin isə çoxu Azərbaycan dilini, onun qayda-qanunlarını yaxşı bilmirlər. Hətta bəziləri rus dilli, bəziləri xaricdə təhsil almış olur. Reklam işi aparan qurumlarda dilçi ştatının olması şərtdir".

Dilçi bildirib ki, son illər reklamların dilində müsbətə doğru dəyişikliklər nəzərə çarpır: "Xüsusən də Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Reklam Agentliyi yarandıqdan sonra bu sahəyə diqqət artıb".

R.Heydərov qeyd edib ki, Dövlət Reklam Agentliyi yaradılmamışdan əvvəl küçə reklamlarının dili ilə bağlı Dilçilik İnstitutu bir neçə monitorinq aparıb: "Agentlik yaranandan sonra İnstitut monitorinqləri dayandırıb".

Onun sözlərinə görə, küçə reklamlarında ən çox aşkarlanan səhvlər yazıların əcnəbi dildə olmasıdır: "Əlifbanın və yazının əcnəbi dildə olması böyük problemdir. Şəhərin mərkəzinə doğru getdikcə isə reklamların dili ilə bağlı problemlər daha da ciddiləşir".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.