Cəmiyyət

Bakıda bir neçə ay əvvəl aldığı maşını oğurladılar

5 Yanvar 2019 23:21
0 Şərh     Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda minik avtomobili oğurlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, axşam avtomobilini yaşadığı binanın həyətində saxlayan şəxs səhər işə gedəndə nəqliyyat vasitəsinin oğurlandığını görüb.
Hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində Qabil Kərimovun başına gəlib.

Zərərçəkmişin sözlərinə görə, bir gün əvvəl ''Vaz-2107'' markalı avtomobilini öz yaşadığı binanın həyətində saxlayaraq evinə qalxıb.
Qabil Kərimov dərhal ''102'' xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 13-cü polis bölməsinin əməkdaşları gəlib baxış keçiriblər. Qabil Kərimov 2009-cu il istehsalı olan həmin avtomobili bir neçə ay əvvəl 7 min manata aldığını deyir.

13-cü polis bölməsindən bildirdilər ki, faktla bağlı araşdırma aparılır. Ərazidəki bütün obyektlərin təhlükəsizlik kameralarına da baxış keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.