Cəmiyyət

Ermənistan ordusunun Qarabağdakı əsgərləri arasında kütləvi dava

5 Yanvar 2019 21:33
2 Şərh     Baxış: 1 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər rayonunun düşmən tərəfindən işğal edilmiş Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında kütləvi dava baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hərbi hissə üzrə növbətçi zabit Şakaryanın yerli KİV-ə verdiyi məlumata əsasən, Ermənistandan olan əsgərlərlə Qarabağ erməniləri arasında dava düşüb.

Zabitlərin müdaxiləsindən sonra dayandırılan kütləvi davaya artilleriya divizionunda xidmət edən Qarabağda məskunlaşmış erməni hərbçilərin ikinci atıcı taborun yerevanlı əsgərlərini təhqir etməsi səbəb olub. Döyülən əsgərlərin dördünə tibbi yardım göstərilib. Madinyan soyadlı hərbi qulluqçu isə gözü çıxdığına görə hərbi hospitala təxliyə olunub.

Davanın səbəbkarları hərbi polisə aparılıb, faktla bağlı araşdırma başlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.