Cəmiyyət

Günün qoroskopu: xırdalıq və təfərrüatlara fikir verin

11 Yanvar 2019 00:01
52 Şərh     Baxış: 9 398

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - sakit, ümumən pis olmayan gündür. Böyük uğurların olacağını düşünməyin. Başladığınız işləri bitirin. Əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri işgüzar tərəfdaşlarla müzakirə edin.

Yekun qərarlar qəbul etməyin. Kimsəyə dəstək, himayə və yardım vəd etməyin, birgə layihələrə qatılmayın.

Yaxınlarınızla dil tapın. Sizə əziz olan insanları anlayın və özünüzü ədalətsizliyin qurbanı hesab etməyin.

Axşam saatlarında yaranacaq yeni münasibət harmonik inkişaf edəcək.

Buğa - yeni işlər və layihələr üçün pis gün deyil. Hansısa sifarişi yerinə yetirmək və ya layihəyə başlamaq istəyirsinizsə, bunu təkbaşına etməyin. Yardıma ehtiyacınız var.

Ambisioz planlar qurmaq olar. Karyer inkişafı məsələlərini işdə rəhbərliklə, yaxud da nüfuzlu insanlarla müzakirə etmək olar.

Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün əlverişli gündür. Cari məsələlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin.

Yaxınlarınızla münasibətlərinizdəki fikir ayrılıqlarını aradan qaldırın. Küsənləri barışdırın.

Qəfil etiraz istisna deyil.

Əkizlər - peşəkar fəaliyyət baxımından əlverişli gündür. İşdə ciddi uğurlara nail ola bilərsiniz. Qarşınıza dəqiq və real məqsədlər qoyun. Vaxtınızı, səylərinizi boş işlərə xərcləməyin. İşləri ikinci dərəcəli və əsas məsələlərə ayırın. İşgüzar danışıqlar, nüfuzlu insanlar, ictimai və siyasi həyatda iştirak üçün uğurlu gündür. Yardım istəyənlərin müraciətlərini qulaqardına vurmayın.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Xroniki ağrıların kəskinləşməsi ehtimalı var.

Soyuqdəymə və zökəm riskləri mövcuddur. Özünüzü soyuğa verməyin.

Xərçəng - mürəkkəb və qarışıq gündür. Yaranmış situasiyanı dürüst qiymətləndirin. Sonradan fəsadlarının aradan qaldırılması çətin olan səhvlərə yol verməyin.

Təhsildə, informasiyanın əldə olunmasında problemlər yarana bilər. Nüfuzlu insanlarla görüş, danışıqlar, müzakirələr, yeni anlaşmaların nəzərdən keçirilməsi məsləhət deyil.

Yaxşı tanımadığınız insanlarla istənilən formada təmaslardan imtina edin.

Yaxın ətrafınızdakı insanlar işlərinizə müdaxilə edəcəklər. Yaşlı qohumlarla münaqişələr ola bilər.

Ailədə yaranan problemi çözməyə çalışın.

Şir - qarşınızda yeni üfüqlər açan, yeni imkanlar yaradan əlverişli gündür. İşgüzar danışıqlarda aktiv olun. Görüşdüyünüz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa, müsbət rəyin formalaşmasına çalışın.

Romantik münasibətlər karyerinizə yaxşı təsir etməyəcək.

Əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz.

İşgüzar məqsədli və ya rutin səfər uğurlu alınacaq. Alış-veriş üçün münasib gündür. Axşam saatları xoş sürprizlər vəd edir.

Qız - günün ilk yarısı uğuruludur. Yeni layihəyə başlamaq, müstəqil fəaliyyət və ya birgə işlərə qatılmaq üçün yaxşı gündür. Təşəbbüskar və aktiv olun. Yaranan çətinlikləri dəf edin, sədləri aşın.

İşgüzar səfər və səyahətlər uğurlu olacaq.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Sakit, soyuqqanlı qalmaq çətinləşir. Çoxsaylı, kiçik anlaşılmazlıqlar sizi təbdən çıxara bilər.

Yaxınlarınız sizi dəstəkləmək əvəzinə daha çox tənqidə üstünlük verirlər.

Bu isə təbii ki, xoşagələn durum deyil.

Tərəzi - kiçik problemlər və xırda çətinliklər yaransa da, ruhdan düşməyin, narahat olmayın. Məqsədə doğru irəliləyişin yollarınını bilirsiniz. Baş verən hadisələrdən asılı olmayaraq nikbin davranın. Özlərinə əmin olmayan insanlar sizə can atırlar. Onlara mənəvi dəstək verin, ruhlandırın.

Əfsuslar olsun ki, həddən artıq inandığınız və yaxşı insan saydığınız şəxs etibarınızdan sui-istifadə edəcək. Bu adam zəif nöqtənizi taparaq öz maraqları üçün yararlanmağa çalışacaq.

Baş verənlər qorxulu deyil. Bu çətinliyin də öhdəsindən gələcəksiniz.

Əqrəb - mürəkkəb, gərgin gündür. Əhvalınız sürətlə dəyişə bilər. Heç bir lüzum olmadığı təqdirdə mənfi emosiyaların burulğanına düşməyin. Gərginliyi artırmayın, mübahisələri böyütməyin. Münasibətlərdəki çətin məqamları daha da ağırlaşdırsanız, düşmənlər və rəqiblərinizin sayı daha da artacaq.

Maliyyə məsələlərində sadəlövh olmayın, yaxşı tanımadığınız insanlara inanmayın. Əks təqdirdə böyük məbləğdə pul itirə bilərsiniz.

Alış-veriş zamanı ehtiyac duymadığınız əşyalar almayın.

Oxatan - uğursuz, çətin və qarışıq gündür. Fəqət, yaranan çətinlikləri əvvləki günlərdən fərqli olaraq daha qətiyyətlə və sürətlə dəf etməyə çalışın. Adi uğursuzluqları ürəyinizə salmayın. Maliyyə çətinlikləri ola bilər. Məntiqsiz və ehtiyac duyulmayan xərclərə yol verməyin.

Planlaşdırılmamış alış-veriş məsləhət deyil.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərin formatı ilə vəziyyətinə fikir verin. Kimsə sizin səmimiyyətinizdən sui-istifadə edərək görmək istəmədiyiniz işin başlanmasına can atır.

Oğlaq - sizi təbdən çıxarmaq çox asanlaşıb və bədxahlar bundan maksimum dərəcədə istifadə etmək istəyirlər. Başqa vəziyyətdə əsla yol verməyəcəyiniz səhvlər edirsiniz. Soyuqqanlı və sakit olun. Təxribatlara uymayın. Qərar qəbul edəndən sonra isə bunu etibar etdiyiniz insanlarla müzakirə etməyi unutmayın.

Kiçik maliyyə itkiləri ola bilər. Alış-veriş üçün əlverişli zaman deyil.

Axşam saatlarını sevdiyiniz insanla keçirə bilərsiniz.

Dolça - qarşınıza qoyduğunuz məqsədə bəlli çətinlikləri dəf edəndən sonra çatacaqsınız. Asan uğurlar olmayacaq. İşdə kiçik problemlər yaşanacaq. Sizin üçün mühüm proseslərdən birində ləngimə olacaq. Səbrli və təmkinli davranın.

Günün ikinci yarısında diqqətli olun, xırdalıq və təfərrüatlara fikir verin.

Sevdiyiniz insanlarla belə, çətinliklə dil tapırsınız. Yaşlı qohumlarla münasibətlərdə əvvəlki günlərdən fərqli olaraq anlaşılmazlıqlar daha çoxdur. Qayğınıza ehtiyacı olanlar bunu deməyin yolunu tapa bilmirlər.

Axşam saatlarına yaxın yorulacaqsınız. Özünüzü halsız hiss edə bilərsiniz.

Balıqlar - işlərinizin nəticələrini və məziyyətlərinizi yaxın ətrafınızdakı insanların görmədiyini düşünərək özünüzü reklam etməyin. Belə davranış həmişə effektiv olmur.

Bəzi açıqlama və bəyanatlarınız radikal, emosional ola bilər. Sərt tənqidə hədəf ola bilərsiniz.

Dəvət aldığınız tədbirə yollanırısınızsa, diqqət mərkəzində olmağa tələsməyin.

Təcrübəsi və yaşam bilikləri az olanlarla həsas davranın. Təcrübənizi səbrlə bölüşün. Buna görə sizə minnətdar olacaqlar.

Axşam saatlarında yardım alacaqsınız.

Milli.Az

loading...

Şərh yaz:

52 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 11 Yanvar 00:02101

    Tovuzludan salamlar

    Cavab yaz
    • Anonim
      Esmer · 11 Yanvar 08:5320

      Tovuzlu Gözelime coxlu salamlar necəsən Canım Tutum?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 08:5944

        Tovuza ve Tutuya salamlar !

        Cavab yaz
    • Anonim
      Harlnpasa · 11 Yanvar 09:0721

      Tovuzlu xanlma eleykume salam

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 00:0230

    Cümeniz mübarek ve uqurlu olsun !

    Cavab yaz
    • Anonim
      Esmer · 11 Yanvar 08:5411

      Seninle bahəm Canım Escımmm. ..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 08:5813

        Cannnn Esmərim..

        Cavab yaz
    • Anonim
      E1000 · 11 Yanvar 09:2236

      Coox sag ol. Seninle bahem

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 09:2834

        :))))))

        Cavab yaz
    • Anonim
      Harlnpasa · 11 Yanvar 09:3412

      Sizinle bahem can ciyer prensesss

      Cavab yaz
  • Anonim
    Harlnpasa · 11 Yanvar 00:0712

    Sabahnlz xeyre acllsln Nurlana xanlm Esra xanlm ve dostlarlm necesiniz gununuz ugurlu olsun hemseki kimi mehribancllq gordum sevindim

    Cavab yaz
    • Anonim
      Esmer · 11 Yanvar 08:5510

      Salam Harun qardaşım necese?Xoş gəlmisən. .işlərin necədi. .hec yazmırdın. ..

      Cavab yaz
      • Anonim
        Harlnpasa · 11 Yanvar 09:0711

        Salam Esmer xanlm xos gunune gelim isler yaxsldl siz necesiniz))

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 09:1424

          Sabahin xeyir olsun Harlnpasa.Her zeman sevinesen !

          Cavab yaz
          • Anonim
            Harlnpasa · 11 Yanvar 09:3730

            Sizinde sabahnlz xeyir cox sag ol gozel prensess

            Cavab yaz
        • Anonim
          Esmer · 11 Yanvar 09:3110

          Her zaman yaxşı olasan qardaşım mende yaxşıyam cox sag ol ...

          Cavab yaz
          • Anonim
            Harlnpasa · 11 Yanvar 09:3810

            Teki yaxsl oladlnlz Esmer xanlm

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 00:1048

    Status-Doqulan gündən ölən güne qeder axtaririq , hec özumuz də bilmirik nə axtaririq.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 00:1148

    Status-Sahib olduqlaruvun qedrin vaxtinda bil ki, ne itiresen ne de pesiman olasan !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 00:1748

    Status-Qizmar Günəş kimi gelmisdin heyatima.. Gedisin qefil yaqan Leysan yağısı kimi oldu Bütün xatirelerimide özünle birge yuyub apardi yerde qalanida tapdalanmiş palcığ oldu !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 00:1948

    Status-Doquşdan bal kimi şipşirin olsamda , zamanla turs limon ve aci bibərdə ola bileremmm !

    Cavab yaz
    • Anonim
      Esmer · 11 Yanvar 08:5634

      Hamısına coxluuu LİKEEEE Esramm..

      Cavab yaz
    • Anonim
      Harlnpasa · 11 Yanvar 09:3823

      Likeeeee

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 10:0424

    Nurlana canim menim sen haradasannnnn gel deeeeee canimmmmm

    Cavab yaz
    • Anonim
      Esmer · 11 Yanvar 10:1120

      Esram yeqin yatır hele Tenbel Nurkam )))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 10:1824

        Bax hələəə tənbələəəə sabah biri gün qayinana elinde yaxsi yatacakkkk qoy dadin cixartsinnn )))

        Cavab yaz
        • Anonim
          Esmer · 11 Yanvar 10:2111

          Can Esra indiden enerji toplayır da )))

          Cavab yaz
        • Anonim
          Arzu · 11 Yanvar 10:2200

          Mende yaxşıyam harhpisansa şükür doslar sag olsunlar

          Cavab yaz
      • Anonim
        Cavid · 11 Yanvar 10:2610

        Sabahın xeyir necəsən necəsən ƏSMƏR Cümə bayramın mübarək

        Cavab yaz
        • Anonim
          Esmer · 11 Yanvar 10:3610

          Salam Cavid senile bahəm qardaşım ..yaxşıyam şukur sen necesen. .?

          Cavab yaz
          • Anonim
            Cavid · 11 Yanvar 10:4500

            Şükür ALLAHA ƏSMƏR məndə yaxşıyam sən yaxşı dostsan həqiqi mənada

            Cavab yaz
            • Anonim
              Esmer · 11 Yanvar 11:0100

              Her zaman yaxşı olasan Cavid qardaşım cox sag ol qardaş sende yaxşı dostsan ...

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 10:2424

    Sarayim bes sen haradasannnn heeeeee Sarayyy cannnnnnn sende tenbelsennnnn :)))

    Cavab yaz
    • Anonim
      Saray♡ · 11 Yanvar 12:3130

      SalamAleykum Esra can⚘ bu gün işdəyəm. Vaxt yoxdu inanki.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 11 Yanvar 12:3822

        Cannnnn,uqurlarrr.

        Cavab yaz
        • Anonim
          Saray♡ · 11 Yanvar 13:0800

          Çox sağol ürəyim❤⚘

          Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 Yanvar 11:4210

    Esram Əsmərim və Harun qardaşım çox sağ olun Allah razı olsun

    Cavab yaz
    • Anonim
      Cavid · 11 Yanvar 11:5511

      Sabahın xeyir TUTU necəsən Cümə bayramın mübarək bizdəndə TOVUZA Salamlar

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 Yanvar 12:3910

    Salam cavid vəy mən sizi tanəmadım köhnə şərhçisiz özün haqda yaz

    Cavab yaz
    • Anonim
      Cavid · 11 Yanvar 12:5010

      Tutu xanım yeni şərhçiyəm 2018 dekabrdan yazıram

      Cavab yaz
      • Anonim
        Mahir · 11 Yanvar 13:4201

        Salam eziz serhciler necesiniz? Sizce olkemizde kakos satilirmi? Ve satilirsa qiymeti neciyedir? Xais edirem cavab verin. Size cox minnetdar olaram.

        Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 Yanvar 19:0420

    Çox yaxşı Cavid bəy tanışlığa çox şadam

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.