Cəmiyyət

Günün qoroskopu: Həssas və diqqətli olun

9 Yanvar 2019 00:01
67 Şərh     Baxış: 10 598

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün emosional fonu əlverişli deyil. Situasiya gərgindir. Sakitliyin hətta görüntüsünə nail olmaq çətindir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə aqressiv və sərt olmayın. Nəyin bahasına olursa-olsun, bildiyiniz kimi davranmaq istəyi işdə və evdə problemlərə səbəb ola bilər.

Mövqeyi və fikri sizə önəmli olan insanlar sizdən üz döndərərək yardım istəyinizi qulaqardına vura bilərlər. Problemləri müstəqil şəkildə həll etməli olacaqsınız.

Həssas və diqqətli olun.

Buğa - emosiyalar və hisslərlə zəngin gündür. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların gerçək niyyətlərini və planlarını müəyyənləşdirməyə cəhd göstərin. Əvvəllər ümumi dil tapmadığınız insanlarla münasibətləri normallaşdıra bilərsiniz. İşdə həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişli gündür.

Romantik görüş uğurlu keçəcək. Yaşam arealının qaydaya salınması ilə bağlı işlər sizi ruhlandıracaq.

İstənilən formatda yaradıcılıq işləri üçün münasib zamandır.

Əkizlər - sakit və xoş gündür. Əvvəllər başladığınız işləri bitirməyə çalışın. Bütün məsələlərdə yaxın ətrafınızdakı insanlarla razılaşmayacaqsınız. Amma fikir ayrılıqlaır yaranarsa, diplomatik səyləri işə salaraq münaqişələrə yol verməyin.

Mühüm görüşlərdə mühafizəkar davranın. Danışıqlarda orijinallıq və ekstravaqantlıq etməyin.

Əvvəlki günlərdən fərqli olaraq işlər daha çoxdur. Həmin işlərin hamısını müstəqil görməyə çalışmayın. Yardım üçün yaxınlarınıza müraciət edə bilərsiniz. Belədə uğura daha tez nail ola bilərsiniz.

Xərçəng - əvvəlki günlərdən fərqli olaraq indi bir sıra məsələlərin həlli çətinləşir. Gərəkli nəticəni əldə etmək üçün müəyyən daxili sədləri dəf etmək, zəifliklərinizə qalib gəlmək lazımdır. Amma özünüzlə mübarizəniz o qədər də asan olmayacaq.

Səhhətinizin qeydinə qalın. İfrat yorğunluğa düçar olmayın. Dürüst qidalanın.

Günün ikinci yarısında dostlarla, sevdiyiniz insanla görüşə bilərsiniz. Ünsiyyət xoş olacaq.

Şir - mühüm hadisələr vəd etməyən gündür. Zaman rəvan və sakit keçir. Situsiyadan yararlanaraq plan və niyyətlərinizi gerçəkləşdirməyə, yarımçıq işləri başa vurmağa çalışın. İşgüzar görüşlər pis keçmir. Amma məsələlərin yekun həlli tezliklə əldə olunmayacaq. Səbrli, təmkinli olun.

Məişət problemlərinin miqyasına nəzər salmadan onları həll etməyə başlamayın. Unutmayın ki, çətinliklər ilk baxışda göründüyü kimi deyil. Xırda işləri ürəyinizə salmayın.

Yaşam potensialının səviyyəsi yüksəkdir.

Səhhətdə problemlər olmayacaq.

Qız - gün məhsuldar olacaq. Detallara diqqət və təfərrüatlara ciddi fikir verilməsini tələb edən işlər üçün münasib zamandır. Həll olunması gərəkən istənilən diqqətlə düşünün, heç nəyi nəzərdən qaçırmayın. Belədə taktikanız uğurlu olacaq.

Peşəkar fəaliyyət sahəsində mövqelərinizi möhkəmləndirmək, nüfuzlu şəxsdən dəstək almaq imkanı yaranır.

Günün ikinci yarısında yaşam potensialı səviyyəsi aşağı olduğundan əvvəlki vaxtlarla müqayisədə daha tez yorulacaqsınız. Səhhətinizdə problemlər yarana bilər.

Axşam saatlarını sakit istirahətə, xoş ünsiyyətə həsr edin.

Tərəzi - maraqlı və uğurlu gündür. Başladığınız işlərdə uğur qazanacaqsınız. Problemlərin həlli orijinal yanaşma, qeyri-standart həllər tələb edir. Rutin işlər aktiv çalışmağınızı ehtiva edir.

Çətinliklər yaranarsa, müttəfiq və ya tərəfdaşlarınız yardıma gələcəklər. Onlara izafi müraciət etməyə ehtiyac yoxdur.

Gəlir olacaq.

Yaxınlarla təmaslar, ailə bağlantılarının möhkəmlənməsi üçün əlverişli zamandır. Ailə tədbirləri yaxşı keçəcək. Ailə üzvlərini və qohumları sevindirin.

Yaşam potensialı səviyyəsi yüksəkdir.

Səhhətinizə fikir verin.

Əqrəb - mürəkkəb və çətin gündür. Yaxın ətrafınızdakı insanlar sanki səbrinizi sınağa çəkirlər. Onlar mövqeyinizə və fikirlərinizə qulaq asmaq istəmirlər. Münaqişələrdən yayınmağa çalışsanız da, buna nail olmaq asan deyil.

İstənilən formada intriqaya qatılmayın. Ədalətsiz metodlardan istifadə etməyin. Fəndgirlik etsəniz, hiyləniz tezliklə açılacaq.

Alış-verişdə bədxərclik etməyin. Mənfəət vəd etməyən anlaşma və sövdələşmələrə varmayın. Günün ikinci yarısında işləri azaldın. İfrat yorğunluq xroniki xəstəliyin ilk simptomlarına səbəb ola bilər.

Oxatan - əlverişli və yaxşı gündür. Başladığınız işlərin hamısının öhdəsindən gəlməyə çalışın. Köhnə dostlar və sınanmış müttəfiqlər sizə yardım edəcəklər.

Yeniliklərə olan marağınız artır. Başqasının təcrübəsindən yararlanmağa can atın. Cari işlər darıxdırıcı deyil. Daha maraqlı işlə məşğul olmaq üçün yetərincə vaxt qalır.

Yaxınlarınızla münasibətlər yaxşı alınacaq. Uzun müddətdən bəri anlamaqda çətinlik çəkdiyiniz insanla təmasları normallaşdıra bilərsiniz. Gəlir əldə edə, qiymətli hədiyyə ala bilərsiniz.

Oğlaq - gün ərzində yaranan problemlərə soyuqqanlı yanaşmayın. Onlar öz-özünə həll olunmayacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv fəaliyyətə lüzum duyulur. Nə qədər çox işgüzar olsanız, gün ərzində o qədər az problemlə qarşılaşacaqsınız.

Maliyyə çətinlikləri yarana bilər. Müntəzəm ödənişlərin həyata keçirilməsində çətinliklərin yaranması istisna deyil.

Yaxınlarınızla dil tapmaq asan deyil.

Ruhdan düşməyin, bədbinliyə qapılmayın.

Sevdiyiniz iş əhvalınızı bərpa edəcək.

Dolça - maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Gəlir, əvvəllər gördüyünüz işə görə ödəniş istisna deyil. İşgüzar danışıqlar məhsuldar keçəcək. Həmsöhbətlərinizi haqlı olduğunuza inandırın. Əvvəllər opponentlərinizin tərəfində olan insanların da dəstəyini qazanmağa çalışın.

Yeni iş və ya tanışlıqlar aramaq üçün əlverişli zamandır.

Yaxın ətrafınızdakı insanların həyatlarına müdaxilə etməyin. Başqalarının problemlərini öz müşkülünüz saymayın.

Həssas və diqqətli olun. Məsləhətlərinizə heç də hamının ehtiyacı yoxdur.

Balıqlar - təxribatlara uymayın. Bədxahlardan kiminsə sizin əhvalınızı pozmağa cəhd göstərməsi istisna deyil. Soyuqqanlı olun, müqavimət göstərin. Təmkinli davransanız, bu gün səhvlərdən yayına bilərsiniz.

Yalınz etibar etdiyiniz insanlara, müttəfiqlərə güvənin. Şəxsi həyatınızdakı problemləri yaxşı bələd olmadığınız, soyuqqanlı və məntiqli davranışına inanmadığınız insanlarla müzakirə etməyin.

Evdə və ya işdə münaqişələr ən kiçik, mənasız səbəbdən yaranaraq qısa müddətdə ciddiləşə bilər. Yolverilən güzəştlərə getmək olar. Amma yaxın ətrafınızdakı insanlar sizdən daha əhəmiyyətli qərarlar gözləyirlər.

Mövqeyinizi müdafiə edin. Haqlı olduğunuz az sonra hamıya bəlli olacaq.

Milli.Az

loading...

Şərh yaz:

67 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 00:0260

    Sabahiniz uqurla acilsin !

    Cavab yaz
  • Anonim
    Yalnızlık · 9 Yanvar 00:2130

    Hamıya salam gününüz uğurlu keçsin. Canım tutu necəsən o günü yazmışam sonra yadımnan çıxıb birdən yadma düşdü ki bəlkə oxuyub cvb yazıb neçə gündə girmirdim .başladım yazan günnen sonra hamısını oxumagA

    Cavab yaz
    • Anonim
      Yalnızlık · 9 Yanvar 08:5020

      Və gördüm yazmısan yaxşıyam sağol balacada yaxşıdı kefin halın necədi .ora gəlməyə hazırlaşırıq nişan aparacıx akstafaya . Allah bütün subaylara qismət etsin sız subaysız mənə elə gəlir Allah sizide xoşbext etsin .bura girəndə gözüm sızın mesajdarnızı gəzir öpürem çoxlu yazarsn bu gün baxacam❤❤

      Cavab yaz
  • Anonim
    Ox · 9 Yanvar 00:4400

    Təqaudçulər üçün bəd xəbər - Gələn aydan əmək pensiyaları hər yüz manata 2 manat 50 qəpik artacaq.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 08:4335

      Nenemde onda 5 manat artacaq/Nenemkimilerin pensiyasi elə artmasa yaxsidi lap alsin 1000 manat pensiya ne olsun ki .

      Cavab yaz
  • Anonim
    M.666 · 9 Yanvar 01:4340

    Geceniz xeyre Azerbaycan Allah haminiza kömek olsun seherimiz xeyre acilsin insallah

    Cavab yaz
    • Anonim
      Arzu · 9 Yanvar 09:0412

      Salamlar sabahınız xeyır doslar bacılar gununuz xeyıre ehvalınız super olsun

      Cavab yaz
      • Anonim
        Cavid · 9 Yanvar 09:1403

        Sabahın xeyir necəsən AYYYY ARZU sənində günün gözəl keçsin

        Cavab yaz
        • Anonim
          Arzu · 9 Yanvar 09:1900

          Cox sag ol ay Cavıd bey necesen

          Cavab yaz
          • Anonim
            Cavid · 9 Yanvar 09:3400

            Məndə yaxşıyam ARZU həmişə yaxşı ol dəyərli dost

            Cavab yaz
          • Anonim
            Mahir · 9 Yanvar 09:3500

            Salam eziz serhciler necesiniz? Vaxtsiz gelen qonaq colde qalar deyirler. Sizin bu fikre munasibetiniz necedir? Butun serhcilerden xais edirem ki, cavab versinler.

            Cavab yaz
            • Anonim
              Arzu · 9 Yanvar 09:4600

              Cox sag ol cavıd sızde deyerlısiz

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 09:4731

              Bezi hallarda düz deyibler bezi yox İnsanin basina is gele biler vaxtinda getdiyi yere cata bilmezse colde qalmasin yaziqdi .Bizim bir tanidiqimiz var Aqsudandilar qizi Bakida olur Demek kisi gelib qizina deyib Bakida yasli ahil kisidi gedende gelib Avtovaqzala kisiden sorusublar hara gedirsen Deyib Aqsunun Goycay kendine Kisini mindiribler Goycaya geden avtobusa yaziq gedib düşüb Goycayda.Cibinde de cox pul yox hava da qaralirmis birr nefer gorub ki bir qoca elinde bir sumka o basa bu basa gedir cox perisan yaxinlasib ehvalati oyrenib kisini mindirib masinina getirib düzz Aqsuya hemen kendee ozu de qonaq olub orda,1 qepikde pul almayib Sonra ailevi dost olublar .

            • Anonim
              Arzu · 9 Yanvar 09:4800

              Salam mahir bey menim bu fikre münasibetim mence qonaq vaxtız gelse de hec zaman colde qalmamalıdır bızler qonaga cox önem veririk

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 10:0553

    Canlarim men helelik cixiram Nenem indi meni 4 gözle gozluyur axsam mene dedi tezden gelersen seni aptekə yolluyacam meni boyda resept yazdirib hekime mualicesinin ardin ev seraitindeeee edecek deeeee))))Neneme deyirem sen Allah sen hansi xestelikden yatdun xestexanada ? Deyir hekim mene dedi ki, sende heccc ne yoxdu bir eseblesmek olmaz ele et eseblesmeyesen haaaaa Eseb evü yixarrrrr... O qedeeeer güldümmmm deyirem mene söz atir eeeeeeee Yaniii meni eseblesdirmeeeeee Mende bir az coxxx eseblesdirirem kiiii tersineeee ediremmm ))))

    Cavab yaz
    • Anonim
      Esmer · 9 Yanvar 10:2100

      Can ay Esram Allah Nenene Uzun Ömür versin ..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 11:3001

        Canim Esmərimmm Cox saq ol Allah sene de mene de uzun ömür versin Amin !

        Cavab yaz
  • Anonim
    Esmer · 9 Yanvar 10:2710

    Salam dostlar necəsiz? Sabahınız xeyrli gününüz ugurlu olsun. ..

    Cavab yaz
    • Anonim
      Cavid · 9 Yanvar 10:3100

      Sabahın xeyir necəsən ƏSMƏR nə var nə yox salamatçılıqdı dostum sənində günün gözəl keçsin İnşallah

      Cavab yaz
      • Anonim
        Esmer · 9 Yanvar 10:4600

        Salam Cavid qardaşım cox sag ol şukur yaxşıyam mende sen necesen ?

        Cavab yaz
        • Anonim
          Cavid · 9 Yanvar 10:5900

          Məndə yaxşıyam əsmər bacım

          Cavab yaz
          • Anonim
            Esmer · 9 Yanvar 11:0400

            Her zaman yaxsı ol Cavıd qardaşım. ..

            Cavab yaz
            • Anonim
              Cavid · 9 Yanvar 11:1500

              Cox sağol ƏSMƏR xətrivi çox istəyirəm dəyərli dostum

        • Anonim
          Esmer · 9 Yanvar 11:2400

          Cox sag ol qardaşım xetrin Xoş olsun qarşılıqlıdır. ...

          Cavab yaz
  • Anonim
    Nurlana · 9 Yanvar 11:2000

    Salam dostlar necesiz? Esram xezere baxirsan Tolik verlishine?

    Cavab yaz
    • Anonim
      Cavid · 9 Yanvar 11:2400

      Salam sabahın xeyir necəsən Nurlana

      Cavab yaz
      • Anonim
        Nurlana · 9 Yanvar 11:2800

        Seninde sabahin xeyir Cavid yaxciyam sagol,sen necesen?

        Cavab yaz
        • Anonim
          Cavid · 9 Yanvar 11:3700

          Şükür ALLAHA yaxşıyam

          Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 11:3002

        Canim Nurlanam indi sen dedin cevirdim Konul Cabbar oxuyur biride oturub onu tanimadim

        Cavab yaz
        • Anonim
          Cavid · 9 Yanvar 11:3800

          Sabahın xeyir necəsən ESRA nə var nə yox salamatçılıqdı

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 11:5212

            Cox saq ol Cavid beyyy Heriii en coxxx sevdiyim Nurlana bilir indi gordummmm saqqali bir az coxdu ona gore uzaqdan tanimadim nenem mende hal ehval qoyubbbb )))Ilaaaaa indi oxuyurrrr

            Cavab yaz
            • Anonim
              Nurlana · 9 Yanvar 12:1000

              Uzeyirdi Esram. Cox sevdiyim mugennidi Konulde qesheng oxuyur. Cox gozel verlish oldu

        • Anonim
          Cavid · 9 Yanvar 11:4100

          Esra o biri qona meyanaçı Üzeyir Mehdizadə

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 11:5202

            Sen necesen Uzeyri gordum yadimnan cixdi hal ehval sen necesen kef ehvalin necedi ?

            Cavab yaz
            • Anonim
              Cavid · 9 Yanvar 12:2000

              Şükür ALLAHA məndə əlayam dostum kef əhvalım super

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 12:2301

              Her zeman superrr olsun

    • Anonim
      Esmer · 9 Yanvar 11:2700

      Sabahın xeyir Gülüm sen necesen Yox ureyım baxmıram nese olub?

      Cavab yaz
      • Anonim
        Esmer · 9 Yanvar 11:4800

        He men evde deylem deye baxa bılmırem. ..

        Cavab yaz
      • Anonim
        Nurlana · 9 Yanvar 12:0600

        Yaxciyam Esmerim sen necesen? Hecne olmayib:) qonaqlari Konul,Cabbar Uzeyir idi ona gore dedim baxin gozel verlish alindi

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 11:5713

    Nurlanam Eli Mireliyev de gelib Elgizin verlisine ne vaxt idi yox idiiiiii Men ora baxirdim yaxsi xeber etdin indi Tolike baxirammm))

    Cavab yaz
    • Anonim
      Nurlana · 9 Yanvar 12:1210

      Zehlem gedirde Eliden. Dunen anons verdiler Tolikin qonaqlari Uzeyirle,Konuldu. Onlara gore tez durmusham:))

      Cavab yaz
      • Anonim
        Cavid · 9 Yanvar 12:2400

        Üzeyir meyxanaçı beyenirəm meyxanalarada qulaq asıram əsasda CƏNUB meyxanaçilari basqa meyxanaçılarıda beyenirəm

        Cavab yaz
        • Anonim
          Nurlana · 9 Yanvar 13:1500

          En cox kime qulaq asirsan?

          Cavab yaz
          • Anonim
            Cavid · 9 Yanvar 13:2900

            Ən çox deyimdə NURLANA Rüfət Lənkəranlı Zamiq LƏNKƏRANLI Vüqar Sədanın sür əmi oğlu sür maşını o mahnını bəyənirəm sora rəhmətlik Zaur AŞİQİN qəşəng qəşəng mahnısına qulaq asıram Allah rəhmət eləsin ZAUR Aşiqə sora Pərviz Bülbülə İntiqam Ehtiram qardaşları HÜSEYN ASTARALI VALEH LERİKLİ və başqaları NURLANA bəs sən

            Cavab yaz
            • Anonim
              Nurlana · 9 Yanvar 14:2200

              Yazdiqlarinin icinde birdene Intiqam, Ehtiram qardashlarin tanidim:) birde Pervizi... Menimde Perviz Bulbule,Namiq Qaracuxurlu,Tural Sedali,Ramil Seda,Uzeyir

  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 12:5100

    Salam Dostlar.

    Cavab yaz
    • Anonim
      Nurlana · 9 Yanvar 13:1600

      Salam Qaqash can necesen?

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 12:5200

    BÜRCLƏR HAQQINDA - ★★★...681...★★★BÖLÜM -- Bürclərin həyat parolu

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 12:5500

    Qoç: Qoç bürcünün həyat parolu: "Mən qabaqcıl olmaq istəyirəm!"

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 9 Yanvar 14:0730

      Qabağcıl pambığ ustası Nezrin İbrahimliiiii Olmakkkk isteyirem yoxxxxx ele elədiiiiii.. Liderrrr bir bürccc Qoççççççççççççççççççççç...Her yerde 1-ciiiiiiiiiiiiiii. hemdeeeee eqoist bir bürcdü dəəəəəəəəəəəəəəəəəə 1 xasiyyetim var meni cox isteyen insanin basqasini cox istemeyineeee eslaaaa istemiremmmmm

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 12:5500

    Buğa: Buğa bürcünün həyat parolu: "Yaşamaq və yaşatdırmaq!"

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 12:5600

    Əkizlər: Əkizlər bürcünün həyat parolu:"Yeni və həyəcan verən şeylər tapmalıyam!"

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 12:5600

    Xərçəng: Xərçəng bürcünün həyat parolu: "Rahat yaşamaq istəyirəm!"

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 12:5700

    Şir: Şir bürcünün həyat parolu:"Özümü sübut etməliyəm!"

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 12:5700

    Qız: Qız bürcünün həyat parolu: "Çevrəmə necə faydalı ola bilərəm?"

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 13:0010

    Tərəzi: Tərəzi bürcünün həyat parolu: "Bir bütün ola bilmək üçün "sənə" ehtiyacım var."

    Cavab yaz
    • Anonim
      Yalnızlık · 9 Yanvar 13:5320

      Terzeziyem .həyatımın problemi müvəqqəti ayriligdı .və siz yazdıgınızı sanki mennen sorsmusuz..üreyimi oxumusuz ne deyim halaldı yalnız bu sözle yaşayıram .bir butun olmak üçün sene ehtiyacım var sensiz yaşaya bilmərəm demirəm amma senle bir ayırdı həyat .sən olmasan .hər şey yarım və mənası yoxdu heçneyin ...çox sagolun

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 13:0000

    Oğlaq: Oğlaq bürcünün həyat parolu: "Bir hədəfə çatmaq istəyirəm!"

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 13:0100

    Dolça: Dolça bürcünün həyat parolu: "Mən mükəmməl biriyəm!"

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Yanvar 13:0100

    Balıq: Balıq bürcünün həyat parolu: "Hamımız bir-birimizlə əlaqəliyik!"

    Cavab yaz
  • Anonim
    Aslan · 9 Yanvar 13:3100

    Salam

    Cavab yaz
    • Anonim
      Mahir · 9 Yanvar 13:4400

      Salam eziz serhciler necesiniz? Kefiniz ehvaliniz necedir? Survivor sozunu esitmisinizmi? Survivor sozunun menasi nedir? Xais edirem bilen varsa yazsin. Hormetli serhciler xais edirem deyerdiniz. Survivor yarismasi ne demekdir? Kim ingilis dilini bilir xais edirem cavab versin. Size cox minnetdar olaram.

      Cavab yaz
      • Anonim
        Aslan · 9 Yanvar 14:4200

        sag qalmaq demekdi

        Cavab yaz
        • Anonim
          Mahir · 9 Yanvar 14:5200

          Aslan cox sag ol. Omrun uzun olsun.

          Cavab yaz
          • Anonim
            Aslan · 9 Yanvar 15:0500

            deymez qardas

            Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 9 Yanvar 20:2940

    Axşamın xeyir ürəyim yerlim necəsən həmişə toyda. Nişanı kimin üçün aparırsan ? mübarək olsun nə vaxt gələcəksən

    Cavab yaz
    • Anonim
      yalnızlık · 9 Yanvar 22:5010

      Axşamınız xeyir Canım tutu elti oluram

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.