Cəmiyyət

"Nərimanov” metro stansiyasında rəsm sərgisi - FOTO

18 Dekabr 2018 21:38
0 Şərh     Baxış: 2 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Metropoliteni" QSC "MetroGallery" layihəsi çərçivəsində daha bir layihə həyata keçirəcək.

"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, qurum ilə Azərbaycan Milli İncəsənət Muzeyi birgə layihəyə start verir. Dekabrın 20-də "Bravo" supermarketlər şəbəkəsinin dəstəyi ilə "Nəriman Nərimanov" stansiyasında "Azərbaycanın görkəmli rəssamları" adlı sərgi təşkil ediləcək.

Tamaşaçıları Azərbaycanın təsviri sənət antalogiyası ilə tanış etmək üçün sərgidə muzeyin kolleksiyasından XVII əsrdən günümüzə qədərki dövrə aid 85 boyakarlıq və qrafik əsər təqdim olunacaq. Altı ay müddətində davam edəcək sərgidə metro sərnişinləri Azərbaycanın təsviri sənət tarixində önəmli yer tutan Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Çingiz Fərzəliyev və başqa rəssamların yaradıcılığından nümunələrlə tanış olmaq imkanı əldə edəcəklər. Tamaşaçılar smartfon və ya planşetlərə "QR-Code" proqramı yükləyərək görkəmli rəssamların sənət əsərləri ilə virtual şəkildə də tanış ola bilərlər.

"Bakı Metropoliteni" QSC-nin "MetroGallery" layihəsi çərçivəsində keçirdiyi sosial aksiyalar sırasında "Dünya rəssamları" sərgisi, talassemiyalı uşaqlara yardım məqsədi ilə uşaqların rəsm əsərləri, Azərbaycan filmlərindəki fotolardan ibarət və Azərbaycanda Xəzər dəniz Gəmiçilik tarixinin 160 illiyini əks etdirən foto sərgilər də yer alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.